“Apple”dan 3 kameralı telefon sürprizi - FOTO

“Apple”dan 3 kameralı telefon sürprizi - FOTO
"Apple” şirkətinin Huawei P20 Pro markasında olduğu kimi 3 arxa kameralı mobil telefon üzərində işlədiyi məlumatı yayılıb. 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu telefonun iPhone X-in yeni modeli olacağı bildirilir. Telefon ilə bağlı rəsmi açıqlama verilməsə də, yeni modelin 2019-cu ildə bazara çıxması gözlənilir. Tətbiq edilən kameralar əşyanın fotosunu fərqli bucaqlardan çəkərək 3 miqyaslı modelləşdirilməsinə imkan verəcək.

Huawei P20 Pro-nun 3 kameralı telefonunun bazarda marağa səbəb olması "Apple”ı da bənzər modeli yaratmağa sövq edib.
 
"Apple”ın yeni flaqman modelinə məxsus fotolar isə mətbuata sızmağa başlayıb:
 


iPhone X Gold 
 
9to5Mac hesabı tərəfindən sızdırılan fotoya baxarsaq, qızılı rəngli yeni iPhone X (iPhone X Gold) telefonunun çərçivəsi qara rəngdə olacaq. "Apple”ın iPhone seriyasının 10-cu ili münasibətilə bu günə qədər istehsal etdiyi ən bahalı telefonun yeni versiyası ilə sentyabr ayında qarşılaşa bilərik.

"Apple” iPhone X-in nifrət edilən telefonun başındakı kəsik hissəsi götürüləcək. Yeni modelin digər detalı isə böyük ekrana sahib olmasıdır. "Apple”ın sentyabr ayında təqdim edəcəyi iPhone XL 6,5 inç ekrana malik olacaq. Bu model də iPhone X kimi çərçivəsiz gövdəyə və Face İD xüsusiyyətinə malik olacaq.
 


Yeni modellər üçün OLED ekranları isə "Apple” ən böyük rəqibi Cənubi Koreyanın "Samsung” şirkətindən alacaq. A11 prosessora, 12 MP cüt kameraya, 3 GB RAM malik olacağı ehtimal olunan yeni modelin qiyməti ilə bağlı heç bir məlumat verilmir.

Keçən ilin sentyabr ayında təqdim edilən iPhone X ABŞ-da 999 dollara satışa çıxarılmışdı.
 
Rəsul
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“WhatsApp” milyonlarla insanı blokladı — SƏBƏB

Dünyada ən çox istifadə olunan sosial media tətbiqetmələrindən biri olan "WhatsApp” 15 may-15 iyun tarixləri arasında Hindistanda yüksək və anormal sayda mesaj ...

Hər kəs BU TARİXİ gözləyir... - İnternet problemi HƏLL OLACAQ

Kosmik nəqliyyat şirkəti "SpaceX”in yaradıcılarından olan İlon Mask olduqca maraqlı təşəbbüs irəli sürüb. Redaktor.az Türkiyənin NTV televiziyasına istinadən x...

Telefonunuzu kimin izlədiyini bu sadə üsulla bilmək olar

  Day.Az mobil telefonunun izləndiyini güman edənlər üçün lazım olan kodları təqdim edir: 1) * # 06 #. İstənilən smartfonun IMEI nömrəsini bilməyə imkan ...

Bu maşından Azərbaycanda bir dənədir - FOTO

Avtomobil səhifələrindən birində Azərbaycanda bir ədəd olduğu iddia edilən "Mercedes” fotosu paylaşılıb. "Mercedes-Benz SLS Brabus” - "700 Black” 2012-ci ...

Zukerberqin yeni planı açıqlandı: “WhatsApp”, “Instagram” və “Messenger” birləşdirilir

"Facebook” sosial şəbəkəsi "WhatsApp”, "Instagram” və "Messenger”in mesaj xidmətlərini birləşdirmək niyyətindədir. Bizimyol.info xəbər verir ki, bu haqda Amerik...

Bundan sonra “YouTube”a onları yükləmək olmayacaq

"YouTube”a əlavə edilən kontenin siyahısında dəyişiklik edilib. Belə ki, yeniliyə görə, bundan sonra, platformaya insan həyatı və sağlamlığına ziyan vura bilcəc...