“Apple” yeni "iPhone"larını bu ölkədə istehsal edəcək
Texnologiya
17:48 / 27.06.2018
4186
"Apple” şirkəti öz smartfonlarının istehsalını yavaş-yavaş Hindistana köçürür.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, "Apple” artıq iPhone 6s smartfonunun yığımını bu ölkəyə köçürüb.
"Apple”ın tədrici olaraq Hindistana köçməsi, yaxud idxalda qənaət etmək məqsədilə bunu etdiyi hələ aydın deyil. Çindən Hindistana gətirilən telefonların qiymətinin 15-20% artması faktı məlumdur. Daha əvvəl "Apple”ın iPhone SE markasını yerli bazar üçün bu Hindistanda istehsalına başladığı xəbəri verilmişdi.
Rəsul
Sfera.az