“Apple” sükansız və pedalsız elektromobil buraxmaq istəyir

“Apple” sükansız və pedalsız elektromobil buraxmaq istəyir
ABŞ-ın "Apple" şirkəti 2025-ci ildə sükansız və pedalsız tam avtonom idarəetmə sisteminə sahib olan elektrikli avtomobil buraxamağı planlaşdırır.

Sfera.az  xəbər verir ki, bu barədə şirkətin planlarının müzakirəsindən məlumatı olan mənbələrə istinadən "Bloomberg” yazır.

Qeyd edilir ki, avtomobildə sükan olmasa da, onun təcili idarəetmə rejimi ilə təchiz olunması nəzərdən keçirlir. Avtomobilin dünya üzrə bütün şarj cihazlarını dəstəkləyəcəyi nəzərdə tutulur. Şirkət ilk elektromobilində istifadə olunacaq prossesor üzərində əsas işlərin əksər hissəsini artıq yekunlaşdırıb.

Xatırladaq ki, son bir neçə ildə "Apple” şirkəti "Titan” layihəsi çərçivəsində tam avtonom və məhdud imkanlı idarəetməli modellərin yaradılmasını tədqiq edib. İndi mühəndislər işini tam şəkildə ilk variant üzərində cəmləşdirib. Hələ bu ilin əvvəlində avtomobilin yaradılmasına 5-7 il sərf olunacağı ehtimal edilsə də, şirkət bunu artıq 4 ildən sonra etmək niyyətindədir. "Tesla” da daxil elektomobil bazarının bütün liderləri tam avtonom avtomobil buraxmaqdan uzaq olduqları üçün "Apple”ın bu planı kifayət qədər ambisiyalıdır.

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...