"Apple" şirkəti Intel çiplərindən imtina edəcək

Apple son 2 il ərzində öz smartfon və kompüterləri üçün eksklüziv çiplərin hazırlanması üzərində çalışır. İndi isə bu layihənin son mərhələsi başlayıb. Beləliklə şirkər Intel-in məhsullarından 2020-ci ilə kimi imtina etməyə və cihazlarında özünün istehsalı çipləri istifadə etməyə hazırlaşır.
 
 
Bu isə öz növbəsində Apple üçün böyük bir addım Intel üçün isə heç də ciddi olmayan bir zərbə olacaq. Qeyd etmək lazımdır ki, Intel Apple üçün 2005-ci ildən bəri çip istehsal edir. Apple şirkətini çip ilə təmin etmək Intel şirkətinin ümumi biznesinin yalnız 5-ni əhatə edir.Buna görə də Apple şirkətinin Intel məhsullarından imtinası Intel üçün o qədər də böyük itki olmayacaq.
 
 
Apple artıq indidən istifadəçi üzünün təyin olunması, təsvirlərin emal olunması, iMac Pro-nun təhlükəsizliyi və son model MacBook-larda Touch Bar panelinin idarəetmə funksiyaları üçün prosessorlar hazırlayır. Həmçinin məlumata əsasən Apple özünün MicroLED adlı ekranları üzərində də çalışır. Bu isə o deməkdir ki, perspektiv olaraq Apple şirkəti öz proqram təminatları ilə çipləri bir araya inteqrasiya edərək məhsullarını differensiallaşdıra bilər. Beləliklə cihazları istehsalata verən zaman Intel şirkətinin qrafikinə uyğunlaşmaq lazım gəlməyəcək. (technote.az)

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...