“Apple” -ın Türkiyədəki satışı dayandırıldı

“Apple” -ın Türkiyədəki satışı dayandırıldı
Türkiyə lirəsinin son vaxtlar sürətlə dəyərsizləşməsi ilə bağlı "Apple” şirkətinin məhsullarını bu ölkədə almaq xaricdən gətirməkdən daha ucuz olub.

Sfera.az  "Habertürk”ə istinadən xəbər verir ki, ABŞ dollarının məzənnəsi ilin əvvəlinə nisbətən 80 faiz yüksəldiyi və hazırda 13 lirəyə çatdığı üçün "iPhone"ni ABŞ-dan gətirmək əvvəllər Türkiyədə almaqdan 20-35 faiz ucuz başa gəlirdisə, hazırda əksinə, 17 faiz baha başa gəlir.

Belə ki, bu gün "iPhone 13 Mini" (11-14 min lirə), "iPhone 13" (12-15 min lirə), "iPhone 13 Pro" (16-21 min lirə), "iPhone 13 Pro Max" (18-23 min lirə) kimi modellərin Türkiyədəki satış qiymətləri ABŞ-dakından (müvafiq olaraq 700-1000, 800-1100, 1000-1500, 1100-1600 dollar) müvafiq olaraq 8-15, 11-17, 1-10, 0-7 faiz aşağıdır. Həmçinin yeni "MacBook Pro"nun modelləri ABŞ-da 2-3,5 min dollardan, Türkiyədə isə 1800-3077 dollardan satılır.

Türkiyə lirəsinin çökməsi nəticəsində "Apple” şirkəti "iPhone", "Mac", "iPad", "Apple Watch" kimi məhsullarının bu ölkədə öz rəsmi saytından satışlarını müvəqqəti dayandırmaq qərarına gəlib. Həmin məhsulların yerli bazarda da bahalaşacağı güman edilir.

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...