“Anar nə yazıb ki, onun üstünə düşüblər...” – Fikrət Qoca

“Anar nə yazıb ki, onun üstünə düşüblər...” – Fikrət Qoca
 

"Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm”.

 

Bu fikirlər yazıçı Anara məxsusdur. Xalq yazıçısının 162 saylı məktəbin şagirdi Elinanın intihar hadisəsində adı çəkilən Səbail rayon icra akimiyyəti başçısının xanım müavini Xalidə Bayramovanı müdafiə etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bu mövqeyinə görə kəskin tənqid edilib.

 

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca "Yeni Sabah”a bu tənqidlərlə bağlı açıqlama verib:

 

"Açığı, Anarın həmin məqaləsini oxumamışam. Bilmirəm nə yazıb, camaat nəyə görə onu qınayır. Anarı hər fürsətdə qınayırsınız, amma nə üçün? Niyə belə yazırlar? Anar nə yazıb ki, başa düşmədim”.

 

F.Qoca ardınca intihar edən şagirdin istintaqı ilə bağlı düşüncələrini bölüşüb:

 

"Qoyun, onlar işini görsünlər, yəni məsələ ilə bağlı istintaq davam etsin, haqq yerini tapsın. İstintaqa elə şeylər lazımdır ki, haqq yerini tapa bilsin. Biz istəmirik bunu? Haqqı müdafiə etməliyik də. Elə etmək lazımdır ki, iş bu yerlərə gəlib çıxmasın. Cinayət işlənib, qarşısını almalıyıq. İndi qələt etmişik, heç olmaya olan hadisədən nəticə çıxaraq. Hamımız məktəbdə olan hadisələrə göz yumuruq. Noldu indi, hamı birdən ayılıb. Burda artıq cinayət var. İcazə verin, aidiyyatı insanlar, bilənlər bunu araşdırsın. Nəticə ilə qane olmasaq, münasibətimizi deyərik”.

 

Xalq şairinin sözlərinə görə, qabaqcadan hay-küy salıb, təzyiqlə həqiqətin belini qıra bilərik:

 

"Bu, düzgün deyil. İndi şükür, bisavad adam yoxdur, hamı təhsillidir. Gözləyin, səbr edin. Təhsilin də başlanğıcı səbrdir. Fikrini deməyə də səbrin çatmır, çartladırsan özünü. Özünü haqlı bilirsən, hökm verəndə özünü qanun səviyyəsində tutursan. Oxucu da, tamaşaçı da öz yerini bilməlidir. Gərək hakimin, prokurorun, müstəntiqin nə dediyini bilək. Biz düşmən deyilik ki. Axtarsaq , bəlkə də hamımız qohum çıxarıq. O saat düşürlər, Anar düz demədi, filankəs düz deyir. Özdə bunu heç dəxli olmayan adam deyir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...