AMEA-nın strukturuna dəyişikliklər ediləcək

AMEA-nın strukturuna dəyişikliklər ediləcək
AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub.

Sfera.az xəbər verir ki, bu sözləri AMEA-nin prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov jurnalistlərə açıqlamasında deyib.

Akademik bildirib ki, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil etməlidir:

"Adətən, AMEA-da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya yerinə yetirməlidir. Bununla bağlı müəyyən qeyri-mütənasibliklər var. Lakin bu, o demək deyil ki, şöbə və bölmələr birmənalı şəkildə ləğv olunmalıdır. Həmçinin elə institutlar var ki, orada texniki işçilərin sayı çox olmalıdır".

Arif Həşimov onu da qeyd edib ki, fəaliyyətini bitirən strukturlar davamlı şəkildə yeniləri ilə əvəzlənməlidir:

"Ümumiyyətlə, istər Akademiyanın, istərsə də bu kimi digər qurumların strukturunda mütəmadi şəkildə yenilənmələr, dəyişikliklər aparılmalıdır. Yeni strukturlar yaradılmalı, hansı ki hər hansısa bir strukturlar öz funksiyalarını bititibsə, onların əvəzinə yəni strukturlar yaradılmalıdır". 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...