“Ağıllı” avtomobil nömrələri

“Ağıllı” avtomobil nömrələri
Dünyada nəqliyyat vasitələrinin "ağıllı” avtomobil nömrələri ilə təchiz ediləcəyi ilk ölkə Dubay olacaq.
 
Fövqəladə vəziyyətlərdə bu nömrələr polisə və təcili yardım mərkəzinə avtomatik olaraq xəbərdarlıq göndərə biləcəklər.

Sfera.az Birləşmiş Ərəb Əmirliklərinin KİV-lərinə istinadla xəbər verir ki, Əmirliklərin Yol və Nəqliyyat İdarəsinin məlumatına görə, artıq gələn ay bu pilot layihə "Tag2Connect” (T2C) platforması bazasında buraxılacaq. "Dubai Achievements Exhibtion (DIGAE)” sərgisində təqdim olunan bu sistem hazırda avtomobillərdəki metal nömrələri "ağıllı” nömrələrlə əvəzləyəcək, həmçinin onları "ТС GPS”, ötürücü və çiplə təchiz edəcək.


Qeyd olunur ki, "InternetofThings” (IoT) və blokçeyn texnologiyasına əsaslanan T2C platforması real vaxt ərzində birbaşa, fasiləsiz olaraq nəqliyyat vasitələri arasında, həmçinin yol hərəkətinin monitorinq mərkəzi ilə əlaqəni təmin edəcək. Fasiləsiz əlaqə avtomobillərə bir-biri ilə, həmçinin ehtiyac yarandığı halda məlumatları mərkəzi sistemə ötürməklə, hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə saxlamağa kömək edəcək.

 

İlqar


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...