AİB Azərbaycanda özəl şirkətləri maliyyələşdirməyə hazırdır

AİB Azərbaycanda özəl şirkətləri maliyyələşdirməyə hazırdır
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda həyata keçirilən layihələrə uyğunlaşmaq üçün ölkədəki yerli özəl sektor şirkətlərini, maliyyə müəssisələrini və dövlət müəssisələrini maliyyələşdirməyə hazırdır.

Sfera.az xəbər verir ki, Bunu Trend-ə özəl müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan deyib.

"AİB özəl investisiyaların səfərbər edilməsi üçün əlverişli mühitin yaradılmasına kömək etməklə Azərbaycan hökumətinin özəl sektorun inkişaf proqramını dəstəkləyir", - deyə K.Makdeyqan bildirib.

O xatırladıb ki, AİB və yerli qida və içki istehsalçısı olan Avrora MMC şirkətin təchizat zəncirini və əməliyyatlarını dəstəkləmək üçün 5,9 milyon dollar məbləğində kredit müqaviləsi imzalayıblar.

Qeyd edək ki, Azərbaycan AİB-ə 1999-cu ildə qoşulub. AİB-in ölkədəki əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsinə yönəlib.

AİB əsas diqqəti struktur islahatlarının dəstəklənməsinə, institutların möhkəmləndirilməsinə və innovativ layihələrin maliyyələşdirilməsinə yönəldir. Bank həmçinin Azərbaycana dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaqda kömək edir.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...