Ağdərə istiqamətində baş verənlərə AYDINLIQ GƏTİRİLDİ

Ağdərə istiqamətində baş verənlərə AYDINLIQ GƏTİRİLDİ
Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi və Xankəndidə məskunlaşmış erməni separatçıları Azərbaycan Silahlı Qüvvələrinə məxsus bölmələrin aprelin 15-də Ağdərə istiqamətində irəlilədiyini bildiriblər.

Ermənistan KİV-lərində dərc edilən məlumatda qeyd edilib ki, hadisə Tərtər rayonunun Seysulan və Yarımca kəndi ərazidində baş verib. Azərbaycan hərbçilərinin tərəflərin mövqeləri arasındakı "neytral zonada” irəlilədiyi iddia olunub.

Həmçinin vurğulanıb ki, Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin apardığı danışıqlar nəticəsində guya Azərbaycan Silahlı Qüvvələri öz əvvəlki mövqelərinə qayıtmağa razılaşıb.

Ermənistan mediasında yer alan məlumatlar barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun mövqe yerdəyişməsi apardığını söyləyib:

"Biz  öz ərazimizdə qoşunlarımızın yerdəyişməsi ilə məşğul oluruq. Bunu daha əvvəl də etmişik, indi də edirik. Burada təəccüblü heç nə yoxdur. Əgər Rusiya sülhməramlı qüvvələri birgə bəyanatın bəndlərini təyin olunmuş müddətdə, yəni əraziyə daxil olandan dərhal sonra yerinə yetirməyibsə, bunu Azərbaycan Ordusu özü yerinə yetirmək məcburiyyətində qalıb. Odur ki, biz baş verənləri erməni silahlılarının ərazilərdən çıxarılması məqsədilə keçirilən qoşun yerdəyişməsi kimi dəyərləndirilməliyik", - Ə.Verdiyev bildirib.

Azərbaycan Ordusunun geri çəkilməsinə gəlincə, ekspert erməni tərəfinin yaydığı xəbərlərin yalan olduğunu diqqətə çatdırıb:

"Bunu separatçılar iddia edir. Biz son iki ildə onlar tərəfindən doğru-dürüst məlumat verildiyini görmədik. Bu, daxili auditoriyanı sakitləşdirmək üçün verilən saxta bəyanatdır. Deyirlər ki, Azərbaycan Ordusu girmişdi, danışdıq geri çəkildi. Niyə geri çəkilək ki, öz ərazimizdən? Onsuz 2 il əvvəl orada olmalıydıq”.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Prezident xarici borcun həcmini AÇIQLADI

"Sizə deyə bilərəm ki, bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır”.   Sfera.az xəbər verir ki, bu...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Azərbaycan Prezidenti israilli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib. ...

Prezidentdən 5 milyonluq SƏRƏNCAM

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ...