Ağdam-Bərdə dəmir yolu gələn ilin sonunadək hazır olacaq

Ağdam-Bərdə dəmir yolu gələn ilin sonunadək hazır olacaq
Ağdam-Bərdə dəmir yolu xəttinin çəkilişi gələn ilin sonunadək yekunlaşacaq.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları mətbuat xidmətinin rəisi Natavan Bayramova jurnalistlərə bildirib. Yeni çəkilən dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Dəmir yolu xəttində tikinti işləri iki mərhələdə həyata keçirilir. I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyalarını əhatə etməklə 20.78 km, II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə etməklə 26.32 km təşkil edir. Artıq Dəmir Yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Natavan Bayramova onu da bildirib ki, layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Süni mühəndis qurğusuna 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir.

O da bildirilib ki, Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib. Hazırda sözügüdən ərazidə də 39-cu kilometrə qədər 15-16-cı kilometr məsafədə torpaq işləri, daşınma işləri karxanadan materialların daşınması işləri, karxanaya 6 metr yolun çəkilməsi işləri təmin edilib. Həmçinin, tikinti-quraşdırma işlərinin I mərhələsində torpaq işləri, suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100% həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79% təşkil edir. II mərhələdə də torpaq işləri 18%, süni qurğular 12%, dəmir yolunun üst quruluşu elementləri isə 9% həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8%-dir. Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.

Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib. Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...