Ağcabədidə avtomobillər toqquşdu, ölən var
13:31 / 24.02.2022
1458
Ağcabədidə avtomobillər toqquşub, ölən var.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə fevralın 23-də saat 22 radələrində şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini R.Əliyevin idarə etdiyi "Toyota” və Beyləqan rayon sakini B.Bəyalıyevin idarə etdiyi "VAZ-21011” markalı avtomobillər toqquşub. Daha sonra "VAZ-21011” markalı avtomobil səkidə dayanan şəhər sakini Rauf Quliyevə dəyib. Nəticədə R.Quliyev hadisə yerində ölüb.
Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.