Adnan Oktarın Azərbaycandakı tərəfdarları kimlərdir? - VİDEO

Adnan Oktarın Azərbaycandakı tərəfdarları kimlərdir? - VİDEO
Türkiyədə bir sıra cinayətlərdə ittiham edilərək həbs olunan Adnan Oktarın Azərbaycanda da tərəfdarları olub. Bu şəxslər onun Azərbaycanda bir sıra fəaliyyətlərinin həyata keçirilməsinə dəstək veriblər.

Sfera.az xezerxeber.az-a istinadən xəbər verir ki, internetdə A.Oktarın tərəfdarlarının "Sizi sevirik", "sayənizdə İslamı öyrəndik", "sayənizdə Darvinizmin yanlış olduğunu öyrəndik" və s. kimi çoxsaylı fikirləri və görüntüləri yer alır.

Onlar Türkiyədə dələduzluq, təcavüz, qanunsuz silah saxlamaq kimi cinayətlərdə ittiham olunaraq həbs edilən Harun Yahya kimi tanınan Adnan Oktarın ünvanına mədhiyyələr deyir, xoş sözlər bildirirlər.

Videodan da aydın görünür ki, bu cərəyan Türkiyədə olduğu kimi, Azərbaycanda da özünə tərəfdar qazanıb. Ancaq onların sayı və cəmiyyətdəki ümumi çəkisi barədə dəqiq məlumat yoxdur.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Adnan Oktarın dini cəmiyyətinin bu qurumda qeydiyyatda olmadığını bildirirlər.

Dövlət Komitəsinin rəsmisi Cahangir Əlifzadə Adnan Oktarın Azərbaycanda kitablarının nəşr edilməsini təşkil edən, eləcə də Adnan Oktar ideyalarını yayan şəxslərin adını da açıqlayıb. O, bu kitabların Azərbaycanda nəşr edilib paylandığını, satıldığını, ancaq həmin kitabların dini yox, elmi məzmunda olduğuna diqqət çəkib.

Komitə rəsmisi Adnan Oktar camaatının sayının Azərbaycanda deyiləndən dəfələrlə az olduğunu və quruma indiyədək onların zərərli fəaliyyəti barədə məlumat və şikayətin daxil olmadığını bildirib.

Cahandar Əlifzadə onu da vurğulayır ki, Adnan Oktar tərəfdarları əsas sosial şəbəkələrdə öz fikirlərini ifadə ediblər. Burada isə indiyədək qanunsuz bir açıqlamaya və qanuna zidd əməllərə rast gəlinməyib.

Komitənin nümayəndəsi Adnan Oktar, eləcə də din adı altında müxtəlif qanunsuz əməllərlə məşğul olan şəxslərin toruna düşməmək üçün vətəndaşları diqqətli olmağa çağırıb.

Qeyd edək ki, iyulun 11-də Türkiyə polisi Adnan Oktarı cinsi istismar, qanunsuz silah saxlamaq və digər cinayətlərdə ittiham edərək həbs edib. Harun

Yahya ləqəbi ilə tanınan Adnan Oktar A9 telekanalında yayımlanan verilişlərlə öz fikirlərini yayaraq indiyədək özünə Türkiyədə və digər ölkələrdə tərəfdarlar qazanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Nazirlikdən Sfera.az-a bildirilib ...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Sfera.az  icmalı təqdim edir.   ...

Bakıdakı Xocalı yürüşündən - VİDEO

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində "Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda tak...

Azərbaycan Ordusuna komandoların qəbulu elan edildi - VİDEO

Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başla...

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanıldı - VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yeri...