Abşeron rayonunda vətəndaş qəbulları keçirildi - FOTOLAR

Abşeron rayonunda vətəndaş qəbulları keçirildi - FOTOLAR
Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etmişdir.
 
İştirakçılar əvvəlcə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü”, "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Məcidov Səbuhi Ağalətif oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan abidə bulaq kompleksinin isatifadəyə verilməsi tədbirinə qatılmışlar. Şəhidimizin doğum gününə təsadif edən mərasimdə bildirilmişdir ki, abidə-bulaq kompleksi şəhidin adını daşıyan küçənin əvvəlində inşa olunmuşdur.
 
Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, Səbuhi Məcidovun vətənə göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilər xalqımızın zəfıərinə, vətənpərvərliyə aid şeirlər səsləndirmiş, bədii kompozisiya təqdim edilmişdir.
 
RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid ailələri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır.
 
Sonra Aşağı Güzdək qəsəbə tam orta məktəbində baş tutan səyyar qəbulda Abdin Fərzəliyev çıxış edərək bu səpkili görüşlərin mütəmadi olaraq keçirildiyini və sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüldüyünü bildirmişdir.
 
Daha sonra çıxış edən sakinlər qəsəbənin mərkəzi prospektinin  yenidən qurulmasına, asfalt örtüyünün yenilənməsinə və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə etmişlər. Sakinlər qəsəbənin yeni yaşayış massivlərində məktəb və bağça binalarının inşa olunmasında, parkın yaradılmasında, qəzalı vəziyyətində olan qəsəbə məscidinin sökülüb yenidən tikilməsində, stadionun təmir olunmasında və idman zallarının yaradılmasında, daxili küçələrin işqlandırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
 
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətində ənənəvi vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
 
Tədbirdə sakinlər rayon ərasisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, işə düzəlməkdə, kənd  və qəsəbələrdə daxili küçələrin abadlaşdırlmasında və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
 
Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
 

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...