Abid Şərifov: “Hansı hökumətdə 23 il eyni vəzifədə işləmək olar?!” - Video

Abid Şərifov: “Hansı hökumətdə 23 il eyni vəzifədə işləmək olar?!” - Video
 
"Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam”

Bu gün Baş nazirin sabiq müavini Abid Şərifovun doğum günüdür, 79 yaşı tamam olur. Abid Şərifov 1940-cı ilin 6 yanvarında Şəkidə anadan olub. 1995-ci ildən 2018-ci ilin 21 aprelinə kimi Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

- Abid müəllim, necəsiz?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Səhhətim də qaydasındadır. Zənginizə görə xüsusi təşəkkür edirəm. Bu arada sizin Yeni ilinizi də təbrik edirəm. Xoşbəxtlik arzu edirəm.

- Qarşılıqlıdır, çox sağ olun! Bu gün sizin doğum gününüzdü. 79 yaşınız tamam olur. Necə qarşılayırsız növbəti doğum gününüzü?

- Sadə. Dəbdəbəli doğum günləri keçirtməyi sevmirəm. İstisna hal yalnız 60 yaşda olub.

 Bir çox həmyaşıdlarınız yaş üstünə yaş gələndə qorxur. Siz də eyni halı yaşayırsız?

- Qətiyyən... Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam. Bu da bir həyatdır.

- Vəzifədə olanda təbriklər də fərqli olur. İndi necə, təbrik edənlər varmı? Xüsusən də köhnə dostlarınızdan?

- Hər zaman xalqıma xidmət etmişəm. Ömrüm boyu da xidmət etməyə hazıram. Hər bir insan xalqına, torpağına bağlı olmalı və xidmət etməlidir. Bu, hamımızn borcudur. Qaldı ki, təbrik edənlərə, təbrik etmək istəyənlər zəng edir.

- Bir daha nəyə görə doğum günü keçirtməməyinizlə bağlı soruşmaq istərdim. Ola bilərmi ki, bu istəyin olmaması illərlə çalışdığınız işinizdən irəli gəlsin?

- Bunun gərgin işlərlə əlaqəsi yoxdur. Əvvəldən xasiyyətim belədir. Düşünürəm ki, sadəlik daha yaxşıdır.  Heç vaxt "bu gün bunu qeyd edim, sabah başqa bir günü qeyd edim” kimi hallarım olmayıb.  O yolun sahibi deyiləm.

- 1995-ci ildən 2018-ci ilə kimi baş nazirin müavini vəzifəsində çalışmısız. O illərin xiffətini çəkirsizmi?

- Qızım, hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır.
 
 Modern.az
 


OXŞAR XƏBƏRLƏR

Caliber.Az-ın bir yaşı tamam olur! Baş redaktor Timur Hüseynov sayt və jurnalistikadakı problemlər barədə

Caliber.az informasiya-analitik portalının baş redaktoru Timur Hüseynov "Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - İlk növbədə icaz...

“Bozbaş Pictures"in Şirini bacısından niyə imtina edib? – Nuridə Qasımovadan VİDEOMÜSAHİBƏ

Sizə məhşur aktyorun heç kəs tərəfindən tanınmayan bacısının həyat hekayəsini təqdim edirik: Nuridə Qasımovanın dediyində görə onun anası Nurcahan xanım 1...

"Camaat deyir hər şey bahalaşır, mən bahalaşmanı hiss etmirəm” - Misir Mərdanov

"Səmimi deyim ki, bahalaşmanı hiss etmirəm. Gedirəm nə alıramsa, torbalara qoyurlar, qiymətini çekə yazırlar, pulunu hesablayırlar, mən də verirəm. Bəlkə də bah...

Hikmət Hacıyev: “Dağıntını görən diplomatlardan heç kim danışmağa cəsarət tapa bilmədi”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev REAL TV-yə müsahibə v...

Fulya Öztürkdən ETİRAF: “Dayım azərbaycanlı olduğumuzu deyir” – VİDEO MÜSAHİBƏ

44 günlük Vətən müharibəsi dövründə dünyada Azərbaycan xalqının haqq səsi olan, türkiyəli jurnalist Fulya Öztürkün göstərdiyi şücaət ona bir ömür Azərbaycan xal...

Paşinyanın pulu ilə kontur yükləyən azərbaycanlı hakerlə MÜSAHİBƏ + VİDEO

İkinci Qarabağ müharibəsi eyni zamanda informasiya müharibəsi idi.  Azərbaycanlı hakerlər müharibə dövründə ermənilər tərəfindən sosial mediaya edilə...