ABB-nin baş sponsorluğu ilə “Karyera sərgisi”!

ABB-nin baş sponsorluğu ilə “Karyera sərgisi”!
ABB-nin baş sponsorluğu ilə ADA Universitetində "Karyera həftəsi”nin yekun tədbiri və "Karyera sərgisi” keçirilib. "Karyera həftəsi” ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar ediblər. Gənclərdə əmək bazarı, bu bazarın mövcud tələbləri barədə təsəvvür yaradılıb.  "Karyera həftəsi” zamanı xüsusi prosedurlar əsasında 3 tələbə seçilib. Onlar ABB-nin Təcrübə proqramına cəlb olunub. Həmin gənclər ABB-nin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.

"Karyera sərgisi”ndə isə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib.

ABB-nin Baş direktoru Aynur Süleymanlı "Karyera sərgisi”ndə çıxışı zamanı Bankın istedadlı gənclərə dəstək üçün bir sıra proqramlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, ABB müəyyən bilik və bacarıqlara malik, amma iş təcrübəsi olmayan gənclərə də imkanlar yaradır. Onlara təcrübə qazanmaqda dəstək verir. "Bank sektorunun ən yaxşı işəgötürəni olmaq bizim əsas hədəflərimizdən biridir. Bu məqsədlə ABB ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, bu cür karyera tədbirlərinə tərəfdaşlığı da fəaliyyətində xoş bir ənənəyə çevirib” – deyə o vurğulayıb. Aynur Süleymanlı tələbə və məzunları bu cür imkanlardan faydalanmağa çağırıb. 

Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 


 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...