ABB-də sahibkarlar üçün “Bahar endirimi”

ABB-də sahibkarlar üçün “Bahar endirimi”
ABB kiçik və orta sahibkarlar üçün "Bahar endirimi” kampaniyasına start verib. Kampaniya müddətində ABB-də məsafədən hesab açan sahibkarlar Bankın xidmət paketlərini endirimli şərtlərlə əldə edə bilərlər. Bu fürsətdən yararlanan iş adamları "Standart”, "Standart+” və "İmtiyazlı” xidmət paketlərində 30%, "Premium”, "Premium+”  xidmət paketlərində isə 20% endirim qazanacaqlar. Kampaniya 11 aprel tarixindən 30 aprel tarixinədək keçərlidir.

Sfera.az xəbər verir ki, ABB-nin xidmət paketlərinə sahibkarların tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Təqdim edilən xidmətlərin çoxu ödənişsizdir. Belə ki, müştərilər bu xidmət paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə edə bilərlər. 

Xidmət paketlərinin 5 növü var: "Standart”, "Standart+”, "İmtiyazlı”, "Premium” və "Premium+”. Bu barədə daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-də məsafədən hesabı isə buradan çox rahatlıqla açmaq olar.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...