8 milyon video silinib

8 milyon video silinib
"YouTube” videoservisi 2017-ci ilin son üç ayı ərzində 8 milyon yolverilməz materialı pozub.
 

Sfera.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat online-videohostinqinin sahibi "Google” qlobal axtarış sisteminin məruzəsində yer alıb. Kompaniya bu qəbildən olan ilk sənədi aprelin 24-də "The Sun” qəzetində dərc edib. Pozulan materialların əksəriyyəti spam və böyüklər üçün nəzərdə tutulan materiallardır.
 

Kompaniyaya istifadəçilərdən ümumilikdə 28,7 milyon şikayət daxil olub. Şikayətlərin 9 milyonu (30 faiz) pornoqrafiya, 8 milyonu (27 faiz) spam və ya dezinformasiya, 4,6 milyonu (16 faiz) nifrət və ya təhqir, 4 milyonu (14 faiz) zorakılıq, 2,3 milyonu (8 faiz) zərərli və təhlükəli fəaliyyət, 491 mini (2 faizi) isə terror təbliğatı daşıyan materiallardan edilib.
 

Məruzəyə əsasən, "Google” kompaniyası yolverilməz videoların müəyyən olunmasında əsasən texnikaya etibar edir. Belə ki, bu materialların 80 faizi əvvəlcə məhz maşınlar tərəfindən aşkarlanıb.
 

Şikayətlərin əksəriyyəti Hindistan, ABŞ, Braziliya, Rusiya və Almaniyadan daxil olub. İlk onluqda, həmçinin Böyük Britaniya, Meksika, Türkiyə, İndoneziya və Səudiyyə Ərəbistanı da var.
 
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...