“50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram” – 78 yaşlı deputat

“50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram” – 78 yaşlı deputat

Sfera.az Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin "Yeni Müsavat”a müsahibəsini ixtisarla təqdim edir: 

-    Son günlər yaşlı kadrlarla əlaqədar olaraq 70+ müzakirələri xeyli aktuallaşıb. Bu yaş kateqoriyasına daxil olan şəxs kimi bu barədə nə deyə bilərsiniz?

- Mən bu haqda bir neçə ay əvvəl danışmışdım. Birincisi, deputat təyin olunmur, seçilir. İkincisi, bunu deputatın yerdə nüfuzunun olub-olmaması müəyyənləşdirir. Üçüncüsü də buna partiyanın münasibəti vacibdir... Kimisə çıxartdılar, kimisə qoydular, bu, deputatlara aid məsələ deyil.

- Yəni demək istəyirsiniz ki, yaşı 70-dən yuxarı olan deputatlar növbəti seçkilərdə də iştirak edəcək, eləmi?

- Baxır da... Səhhəti ona imkan verirsə, dairədə nüfuzu varsa, partiya tərəfindən dəstəklənirsə, işləmək qabiliyyətinə malikdirsə, əlbəttə, iştirak edəcək.

- Şəxsən sizə gəldikdə?

- Hələ ona kimi bir il var. Mən hesab etmirəm ki, bu bir il ərzində məni hansısa bir xəstəlik yaxalaya bilər, ya formadan düşə bilərəm (ürəkdən gülür).

- Deməli, bir gənc olaraq növbəti seçkiyə qatılmağı qətiləşdirmisiniz?

- Mən həftədə 3 dəfə üzgüçülüklə məşğul oluram və 35 dəqiqə ərzində dayanmadan 1 km məsafəni dəf edirəm.

- Hovuzda üzürsünüz?

- Bəli. 50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram.

- Dənizə də baş vurursunuz?

- Dənizdə də üzürəm, amma arabir.

- Deməli, gənc deputatlar sizin bu "rekordunuzu” təzələyə bilməz, eləmi?

- Yox, mən elə başa düşürəm ki, gənc deputatlar bu məsafəni daha sürətlə keçə bilərlər. Yəqin ki, 25 dəqiqə onlara bəs edər.

- Üzgüçülük məharətinizə sözümüz yox. Doğrusu, təəccübləndirdiniz. Bəs deputat seçilmək üçün digər göstəricilər?

- Mənim haqqımda danışırsınız?

- Təbii ki.

- Məndən söhbət gedirsə, deyim. Hesab edirəm ki, yaddaşım yerindədir, beynim işləyir, fiziki cəhətdən də sağlamam. Odur ki, 2020-ci ilə kimi belə davam etsə, şübhəsiz ki, seçkidə iştirak edəcəyəm. Əlbəttə, sizə dediyim şərtlərə uyğun gəlsəm.

- Bəs seçicilərinizlə bağlı vəziyyət necədir?

- Hesab edirəm ki, seçicilərimlə aramızda artıq müsbət işgüzar münasibətimiz yaranıb. Mən seçicilərimin müraciətlərinə, dərd-sərinə şərik olan deputatam.

- Sonuncu dəfə nə vaxt görüşmüsünüz?

- Təxminən bir ay bundan qabaq rayonda görüşümüz olub. Seçicilərim qəbula da gəlirlər, telefonla əlaqə saxlayırıq.

- Bəs ümumilikdə parlamentdə, üzgüçülük məsələsini bir kənara qoysaq, digər şərtlərə uyğun gələn neçə həmkarınız var?     

- Mən onu deyə bilmərəm. Gərək bunu hər bir deputat özü müəyyənləşdirsin, desin.

- Parlamentdə də islahatlara ehtiyac var, deyənlərə sözünüz nədir?

- Yuxarıda dediyim kimi, parlamentə seçilmək üçün dörd şərtə uyğun gəlməlisən. O şərtlərə uyğun gələn şəxs yaşından asılı olmayaraq, deputat seçilə bilər.

- Arif müəllim, belə bir müxalif rəy var ki, hansısa qanunsuzluqlara yol verən, inkişafı tormozlayan şəxslərin bu şəkildə yola salınması doğru deyil...  

- Mən hesab etmirəm ki, vəzifəsindən azad olunanlar hansısa xətaya görə azad olunublar. Bu, bizim inkişafımızın növbəti mərhələsinin tələbləridir, hansısa şəxsə hansısa iradın olub-olmamasından söhbət getmir.

- Digər yanaşma da var. Hesab olunur ki, iqtidarın əsas sütunlarında uzun illər boyu təmsil olunmuş şəxslərin postundan uzaqlaşdırılması hakimiyyətin müdafiəsiz qalmasına gətirib çıxara, prosesin fəsadları ola bilər. Bu iddiaya yanaşmanız necədir?

- Əvvəla, bunlar cəfəng söhbətlərdir. İkincisi, prezidenti hakimiyyətdə, vəzifədə olan insanlar müdafiə etmir. Prezidenti Azərbaycan xalqı, bütövlükdə insanlarımız müdafiə edir. Vəzifədə olan, yaxud vəzifədən çıxarılan insanlar da həmin kontingentin bir üzvü kimidir. Demək ki, hə, bunların hesabına prezidentin nüfuzu artır, boş söhbətdir! Prezidentin nüfuzunu prezident öz fəaliyyəti, insanlara münasibətilə özü müəyyənləşdirir.  ( yenisabah.az)


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...