48 nəfər içkidən zəhərləndi, 5-i öldü
23:30 / 02.05.2022
1677
İranın Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, zəhərlənən şəxslərdən 5-i dünyasını dəyişib.
Hazırda 11 nəfərin vəziyyəti ağır olaraq qalır. Həmin şəxslərin reanimasiya şöbələrində müalicə olunduğu deyilir.
Onlardan 3-ü ciddi görmə problemi ilə üzləşib.