3-cü vaksinə görə 300 avro, birinci və ikinci dozaya görə isə... - Bu ölkə vətəndaşlara pul paylayır

3-cü vaksinə görə 300 avro, birinci və ikinci dozaya görə isə... - Bu ölkə vətəndaşlara pul paylayır
60 və daha yuxarı yaşda olan insanlar COVİD-19 peyvəndinin 3-cü dozasını vurdurursa, onlara 500 avro dəyərində yardım kuponu əvəzinə 300 avro nağd pul veriləcək. 
 
Sfera.az xəbər verir ki, bu sözləri Slovakiyanın maliyyə naziri İqor Matoviç mətbuat konfransında deyib.
 
Matoviç yardımın təfərrüatlarını da açıqlayıb. Daha əvvəl 2 doza peyvəndi tamamlayıb, 3-cü peyvəndi vurdurmağa gələnlərə 300 avro, ikinci vaksin vurduranlara və hələ də peyvənd vurdurmayıb 1-ci dozu vurdurmağa gələnlərə isə 200 avro veriləcək.

Yaşı 60-dan yuxarı olan şəxslər peyvənd olunduqdan sonra şəxsiyyət vəsiqəsi ilə poçt şöbəsinə gedərək pullarını nağd şəkildə ala biləcəklər. Bu yardımdan yararlanmaq üçün vətəndaşlar dekabrın 24-dək peyvənd olunmalı və ya 2022-ci il yanvarın 15-dək peyvənd üçün qeydiyyatdan keçməlidirlər.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...