Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI
12:38 / 06.05.2022
1666
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov vəzifəsindən azad edilib.
Sfera.az-ın məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Rafiq Bağırov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.