Rusiya aviaşirkəti Bakıya uçuşlara başlayır

Rusiya aviaşirkəti Bakıya uçuşlara başlayır
Mayın 20-dən Rusiyanın "İrAero” aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşları yerinə yetirməyə başlayacaq.
 
Sfera.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti xəbər verib.

Bildirilir ki, uçuşlar cümə günləri "Superjet-100” təyyarələri ilə həyata keçiriləcək.

Məlumata görə, Novosibirskdən uçuş yerli vaxtla saat 13:00-da başlayacaq, 4 saat 20 dəqiqədən sonra isə - saat 14:20-də Bakıya çatacaq. Geri dönüş reysi də elə həmin gün üçün nəzərdə tutulub. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:20-də çıxacaq və 4 saatdan sonra – saat 22:20-də Tolmaçevoya (Novosibirsk hava limanı) eniş edəcək.

O da qeyd olunur ki, bir istiqamətə biletin qiyməti 27 685 rubldan (təxminən 690 manat) başlayır.

Xatırladaq ki, Rusiya Sərhəd xidmətinin rəsmi statistikasına əsasən ötən illə müqayisədə Azərbaycana gələn rusiyalıların sayı təxminən üç dəfə artıb.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...