Peyvənd olunanların sayı AÇIQLANDI
16:58 / 24.04.2022
1762
Azərbaycanda son sutkada 3 869 koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 954, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 269 nəfərdir.