Azərbaycan nefti ucuzlaşır
10:17 / 02.04.2022
942
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 110,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel azdır.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 109,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,85 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 107,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,66 dollar/barel azdır.
(trend)