Bakıda mebel sexi yandı
10:17 / 21.02.2022
534
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli tikilinin (mebel sexi və anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan yumşaq mebel dəstləri 150 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.