Ötən gün yol qəzalarında 5 nəfər öldü
16:18 / 12.02.2022
973
Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, fevralın 11-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.