2022-ci ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? - Yüksək inflyasiya riski qalacaq

2022-ci ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? - Yüksək inflyasiya riski qalacaq
Azərbaycanda 2022-ci ildə də yüksək inflyasiya riski qalacaq. Yüksək inflyasiya riskini yaradan amillər isə xarici bazarlarda əmtəələrin bahalaşmasının davam etməsi, beynəlxalq səviyyədə təchizat çətinliklərinin qalması və ölkəmizdə tələbin güclənməsi olacaq.
 
Sfera.az bildirir ki, gələn ilin birinci yarısı ərzində beynəlxalq birjalarda və ya xarici bazarlarda məhsulların bahalaşması və ya ən azından qiymətlərin indiki səviyyədə qalması ehtimalı güclüdür. Bu ilin dekabrına aid olan məlumata əsasən son bir ildə əsas əmtəələr bahalaşıb. Bahalaşma bəzi məhsullarda 40-50 faizi ötüb, bir çox məhsulda isə 20-30 faiz səviyyəsində dəyişib.
 
Ehtimal edilir ki, əmtəələrdə qiymət artımı 2022-ci ilin aprel ayına kimi davam edəcək, daha sonra 2-3 ay sabitlik yaranacaq və ilin üçüncü rübündən qiymətlər enişə doğru meyil edəcək.
 
Xarici bazarlarda əmtəələrin qiymətinin daha bir neçə ay yüksəlməsi və ya artan qiymətlərin sabit məcrada qalması inflyasiya səviyyəsinin daha bir neçə ay yüksəlməsinə şərait yaradacaq.
 
Azərbaycan istehlak məhsullarının önəmli hissəsini idxal etdiyindən yüksək qiymətlər ölkəmizdə də bahalaşmanın davam etməsinə şərait yaradacaq.
 
Son bir ildə dünyada təchizat şəbəkəsində də qiymətlər artıb. Hazırda eyni miqdarda olan məhsulu bir il əvvəlki dövrlə müqayisədə eyni məsafəyə 20-30 faiz, hətta 50 faiz baha çatdırılır. Ehtimallara görə təchizat sahəsində yaranan çətin vəziyyət 2022-ci ilin ikinci yarısına kimi qalacaq.
 
Sadalananlar yüksək inflyasiya riskini qoruyan xarici amillərdir.
 
Amma növbəti ildən daxili amillər də inflyasiyanın yüksəlməsinə kömək edəcək. Təbii ki, əsas daxili amil əhalinin gəlirlərinin artması olacaq. Prezidentin imzaladığı fərmanlarla və qəbul edilən qanunlarla minimum əməkhaqqı, minimum pensiya, müavinətlər, təqaüdlər və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaşı artırılıb. Artım 20 faiz səviyyəsindədir və bu, əhalinin xərclərində ciddi dəyişikliyə səbəb olacaq.
 
Əhalinin gəlirlərinin artması kredit xərclərinin də artımını stimullaşdıracaq. Banklar əhalinin rəsmi gəlirlərinin artmasını nəzərə alaraq daha böyük məbləğdə kreditlər ayıracaq ki, bu da tələbi gücləndirən əlavə amilə çevriləcək.  
 
Beləliklə, həm xarici faktorlar, həm də daxili amillər nəzərə alınarsa, 2022-ci ildə yüksək inflyasiya riski qalacaq və bu, əhalinin real gəlirlərindəki artımı çətinləşdirəcək.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...