Hafiz Hacıyev: ““Görünür Kərimov Əli SOCAR-dan şantaj edib pul almaq istəyir”

Hafiz Hacıyev: ““Görünür  Kərimov Əli SOCAR-dan şantaj edib pul almaq istəyir”

Son günlər Əli Kərimlinin patronajlığında olan "Azadlıq” qəzeti SOCAR haqqında onu qaralayan yazılara geniş yer verməyə başlayıb. Görəsən Əli Kərimli SOCAR-dan nə istəyir?
Bu barədə Sfera.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, Əli Kərimli SOCAR-ı şantaj etmək yolu ilə ondan pul qoparmağa çalışır: "Görünür Kərimov Əli SOCAR-dan şantaj edib pul almaq istəyir. Hazırda hakimiyyət dairələrində olan adamların əksəriyyəti yüz kanala işləyən insanlardır. Məsələn, keçən prezident seçkilərində bəzi faktları ötürən Prezident aparatında olan ən etibarlı adamlardan biri olub. Bunu ölkə prezidenti də gözəl bilir. Mən Cəmil Həsənlinin başına butulkanı çəkəndə o, gördünüz də nələri açırdı. Ona həmin faktları da hakimiyyətdə oturan həmin insanlar vermişdi. Kərimov Əlinin Azərbaycan müxalifəti olaraq hakimiyyət daxilində çox böyük dayaqları var. Bakı Şəhər Prokuroru özü şəxsən səmimi etiraf etdi ki, Elçibəyə zəhər verilməsilə bağlı olaraq Kərimov Əliyə cinayət işi qaldırmışdı. Lakin o dedi ki, ölkənin çox yüksək səviyyəli bir məmuru, Azərbaycanı idarə edənlərdən biri qəti olaraq Kərimov Əliyə əl vurmamağı tapşırmışdı. Lazım olan anda onlar özləri Kərimov Əlini prezidentə qarşı qoyur və belədə bu amildən istifadə edərək də yüksək səviyyədə dividend əldə edirlər. Bu yüksək vəzifəli məmurların kim olduğunu da hər halda Azərbaycan xalqı bilir. O şəxs İlham Əliyevə xəyanət edən, bu günkü qalmaqalların başında dayanan insandır, düşünürəm ki, çox qısa müddətdə öz payını alacaq. Vəziyyət belədir”.

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

“Qarabağ klanı”ndan ŞOK PLAN – Azərbaycanla bağlı bütün razılaşmalar sıradan ÇIXARILIR

Ermənistanda müxalifətin, revanşist qüvvələrin etiraz aksiyaları Bakını növbəti təxribatla üz-üzə qoyaraq, sülh danışıqlarına mane ola biləcək yeni hərbi ə...

Ərdoğan açılışda İlham Əliyevə HƏDİYYƏ VERDİ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

Türkiyədə dəniz üzərində hava limanı açılır - İlk enişi prezidentlərin təyyarəsi edəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezi...