Əbülfəs Qarayevdən yeni - Təyinatlar

Əbülfəs Qarayevdən yeni -  Təyinatlar

Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan musiqi məktəblərində yeni təyinatlar həyata keçirilib.

Sfera.az nazirliyin saytına istinadən xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin imzaladığı müvafiq əmrlərə uyğun olaraq Nəzifə Arif qızı Əliyeva Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə, Vəfa Hidayət qızı Həziyeva Bakı şəhəri 34 nömrəli Uşaq Musiqi Məktəbinə, Şakir Qədir oğlu Qədirov Yevlax rayon Aran Qəsəbə Uşaq Musiqi Məktəbinə, Xətayə Zülfüqar qızı Cəfərova Ağdam şəhər Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinə direktor təyin edilib.

Yeni təyin olunan direktorların qarşısına nazirlik rəhbərliyi, musiqi təhsilinin daha da inkişafı, təlim tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırıb.

Xatırladaq ki, bir neçə gün öncə Bakı şəhəri L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinə də yeni direktor təyinatları həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...