“2003-cü ildə mən monoloq danışanda, Cem Yılmazı heç kim tanımırdı…” – Fərda Xudaverdiyevlə VİDEOMÜSAHİBƏ

“2003-cü ildə mən monoloq danışanda, Cem Yılmazı heç kim tanımırdı…” – Fərda Xudaverdiyevlə VİDEOMÜSAHİBƏ

"A24.az” Fərda Xudaverdiyevlə olan müsahibəni təqdim edir:

Necəsiz, Fərda bəy? Son vaxtlar "Selfinaz”la bağlı sosial şəbəkələrdə tənqidi şərhlər yazıldı. Video çəkərək izləyicilərinizə cavab verdiniz. Bundan sonra "Selfinaz”a münasibət dəyişdi?

Salam! Yaxşıyam. Mən tənqidlərə hər zaman açığam və tənqidləri, yazılan şərhləri bir-bir oxuyuram. Bir insan ora nəsə yazdısa, deməli, əziyyət çəkib fikrini bildirdi. Oxumaq lazımdır, kim oxumur, öz işidir… Amma təhqir görəndə loru dildə desək, "qapağım atır”. Bir müddət gözləyirsən, səbir edirsən, sildirə bilirsənsə, şərhi ordan sildirirsən, sildirə bilməsən də göz yummağa çalışırsan. Üz-üzə gələndə qorxusundan salam verənlər girib orada nə adla, nə məzhəbə qulluq edir, kimdir bilmirəm yəni, hətta onların azərbaycanlı olmağına şübhəm var. Yəni bir insan öz sənətçisini söyərmi?! Hansı əxlaqdan söhbət gedir, bunun evdə ata-anası, bacısı, qardaşı yoxdur? Onun üzünə kimsə söysə, necə qəbul edər? Amma artıq özümə söz vermişəm, işlərimlə bağlı çalışdığım qədər əgər müqaviləm yoxdursa, özümün işimdirsə, birbaşa bütün şərhləri bağlayacağıq. Xoş söz yazmaq istəyənlərə də, indidən təşəkkürümü bildirirəm ki, bir də ora əziyyət çəkib "Əla” , "Yaxşıdı”, "Çox güldük” yazmasınlar, bilirəm istəyənlər var və şükürlər olsun ki, istəyənlər istəməyənlərdən çoxdur.

Cem Yılmaza bənzədildiyinizi qəbul edirsiniz?

Bəli, dekor bənzəyirdi. Amma bir daha deyirəm, o, mənim fikrim deyildi. Mən 16-17 ildir monoloq janrı ilə fəaliyyət göstərirəm. Bu janr daha sonra müasirləşdi və "stand up” oldu. 2003-cü ildə mən monoloq danışanda, Cem Yılmazı heç kim tanımırdı, heç mən də tanımırdım. Biz o zamanlar rusların anşlaq verilişlərinə baxırdıq. Mən heç onlara da baxıb bu yolu seçməmişəm, sadəcə olaraq monoloq janrına mən belə girdim. Və o gün, bu gün Fərda elə Fərda olaraq da qalır, işləri də göz qabağındadır, bacardığımız qədər… Milyonlarım yoxdur ki, milyonluq kino çəkim və sonra da oturum Cem Yılmaz kimi hamıya deyim ki, gedin işinizlə məşğul olun, mən belə çəkirəm. Cem Yılmaz onun konsertinə gələn adama deyir ki, xoşun gəlmir, dur çıx çölə, mən beləyəm yəni. Söyüşün elə variantını söyür ki, dost arasında biz onu deyəndə, deyirik ki, ayıbdır, kimsə eşidər, çünki əxlaq normaları var. Mən öz tamaşaçımız qarşısında ancaq belə əyilirəm, əyiləcəm də. Amma dekoru 17 ildən sonra nə qədər şirkətlərə müraciət etdim ki, gəlin bunu Azərbaycanımızda sizinlə edək. Siz pul qoyun, siz qazanın, mən də işimi satım. Heç kim yaxın durmadı. Sonda türklər bu formata sahib çıxdı və dedi ki, qonorar budur, mən sənə bu qədər verirəm, qane edir? Dedim bəli, yetər ki, bu iş çıxsın.

Dedi yüksək səviyyədə hər şeyi biz edəcəyik, sən get yaradıcılığınla məşğul ol. O dekoru mən özüm də görəndə, dedim "abim, bu Cem Yılmaz dekorudur”. Bu bir kommersiya addımı idi, çox ağıllı bir addım idi, atdılar və Azərbaycanda 5-6 ayın içində hamının diqqətini bu formata çəkdilər. Çünki ortada böyük bir "Cem Yılmaz” nümunəsi var idi və onu bütün türk dünyası tanıyırdı. Ancaq bu tam o dekor deyildi, ordan sadəcə elementlər götürmüşdülər. Bununla bağlı bütün tənqidləri və xoş rəyləri mən qarşıladım. Lakin o gözəllikdə olan işi təhqirləri ilə çöpə atanlar da oldu, yazıqlar olsun o adamlara. Belə inkişaf olmur. Deyirlər Fərda mətni Cem Yılmazdan oğurlayıb, məyər biz o qədər axmağıq ki, bunu edək?! Daha bu qədər də yox da, yəni sən daha ağıllısan? Yəni onunla razıyam ki, dekor bənzəyib, mən onu birinci gündən demişdim ki, bu şirkətin istəyidir, mənim istəyim deyil. Bir gecənin içində "Cem Yılmazın dekoruna oxşayır, bir az açıq danışdı” kimi fikirlər səsləndirildi. Açıq-saçıq nəyə baxmırsınız ki?!  Hansı dövrdür ki?! Övladları ilə oturub hamı öpüşmə səhnələrinə baxır. Mən yazmışamsa, + 16 sən niyə övladınla, yoldaşınla, ananla oturub baxırsan ki?! Get, dostlarınla otur, bax. Çox qarışdı beynim, vallah, depressiyaya düşmüşdüm, 4-5 günə birtəhər dirçəldim, paylaşımlar etmirdim. Psixoloqla da danışmışam, bu yaxında yanına gedəcəm. Daha çox "paylaşılması istənilən” şeylər paylaşıldı, məni yandıran o oldu. Gözəl şərhlərə fikir verən olmadı.

Bu yaxınlarda bir layihə etdik, mənim fikrim idi, Orxan Mərdan da bəyəndi, 3 gündə biz "Naxox” filmini ilk dəfə Azərbaycanda danışma və eşitmə qüsuru olan insanlar üçün surdo tərcümə elədik və onlarla birlikdə filmi izlədik, onları sevindirdik. Bəs, niyə bu layihədən yazmadınız? Həmin Fərdayam da mən. Sərf eləmədi, çünki burda Fərdanı tərifləmək lazım idi və bunu yaza bilmədiniz. Lakin digər məsələdə Fərda yıxılırdı, dediniz bir badalaq da mən vurum, yıxaq sürüyək.

Tənqid və təhqirlərdən sonra fikirləşdiniz ki, daha "stand up” etməyəcəksiniz?

Bəli, bir 10 gün oldu. İlk 3-4 gün daha ağır keçdi, sonra dedim yox, bunu edəcəm. Əvvəl də tənqidlər olurdu, "Tək səbir”, "Toy” kinosu, "Toy” klipin də, "İnter Papa” və s. Həmin vaxtlarda qəzetlər idi, alırdıq, oxuyurduq, telefonla əlaqə qurub həmin adama deyirdik ki, bu boyda məqalə yazıb niyə bizi əzirsən? İndi isə bir gecənin içində heç mənim haqqımda yazı yazmayan 100-ə yaxın sayt həmin xəbəri götürür və bir az da özləri əlavə edərək yazır. Allah mənə insanların üzünü güldürmək missiyası qoyubsa, məni sevən bir kütləm varsa, siz mənə heç nə edə bilməyəcəksiniz, vəssalam. Göydə Allahım, yerdə tamaşaçılarım. Nə qədər canımda güc var, bu işlərimi davam edirəm və edəcəyəm də…

Fərda Bəy, siz " Tək səbir”lə məşhurlaşdınız, sonra filmləriniz çəkildi. Hazırda daha çox film çəkilişlərinə üstünlük verirsiniz, yoxsa "stand up”lar davam edəcək?

Ümumiyyətlə, bütün işlərimi paralel aparmağı planlaşdırmışam, qismətə bağlıdır. İldə heç olmasa 2 film, bir "stand up” etməyi fikirləşirəm. Amma hələ ki, ildə 1 dəfə düşünürük. Əgər uğurlu alınarsa, gələn dəfə edib, 2-3 il "stand up”a ara vermək istəyirik.

"Naxox” filmi ilə istədiyiniz nəticəni əldə edə bildiniz?

Baxış sayından xəbərim yoxdur, mən aktyor kimi çəkilmişəm. Ancaq baş prodüser deyir qənaətbəxşdir. Düzdür, "Xoxan” qədər deyil. Çünki "Xoxan” olan vizyonda başqa filmlər yox idi. İlklərdən idi deyə, türk və rusların filmlərinə o qədər də maraq olmadı. Ona görə də o ərəfədə  daha çox izləndik. Amma indi hər həftə filmlər gəlir, aralarında türk, rus, hollivud filmləri də var. Ona görə də bir az az olması normaldır.

"Tək səbir” layihəsində siz sənət yoldaşlarınızla, xüsusən də Elməddin Cəfərovla səhnəyə çıxırdınız. Elməddin Cəfərovun "stand up” etməməsinin səbəbini nədə görürsünüz? Və biz "Tək səbir” kollektivini yenidən səhnədə birlikdə görə biləcəyikmi?

"Tək səbir” layihəsi 2003-cü ildə yarandı və onun yaradıcısı mən deyiləm. Məni də ora "Taksi” verilişinin aparıcısı Həsən Əliyev dəvət etmişdi. Çox maraqlı alınırdı, biz Elməddinlə orda indiki dillə desək "stand up” çıxış edirdik. Sadəcə müəyyən müddətdən sonra Elməddin davam etmək istəmədi, serial sektoruna dəvət aldı və uğur qazandı. Sonra bu janra yenidən qayıtmadı. Lakin monoloqda birbaşa ünsiyyət ki, var mən ondan çox zövq alıram. Zarafatı göz-gözə satmaq imkanım var deyə mən bu janrı çox sevirəm və 2010-cu ildən bu günə qədər onun əziyyətini çəkə-çəkə gətirib çıxardım. Dediyiniz layihənin gələcəkdə olmasını mən də çox istəyərəm, bu gün də hazıram. Ortada müəyyən maliyyə məsələləri ola bilər. Bəlli bir insan lazımdır ki, bizi bir araya toplasın. Hamının içində o istək var. Çox istərdim ki, "Tək səbir”in qızıl konserti kimi bir konserti olsun. Mənim heç kimlə- nə Müşfiqlə, nə Elməddinlə, nə Həsənlə ədavətim yoxdur və bütün layihələrə hazıram. "Təşəkkür edirəm, əziyyət çəkib gəlmisiniz. Sağ olun ki, bizim bu "maraqsız” söhbətimizi bu qədər maraqla dinlədiniz”.

"A24.az” tanınmış aktyor Fərda Xudaverdiyevlə olan videomüsahibəni təqdim edir:


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...