15 yaşlı oğlanMayaların itirilmiş şəhərini tapdı – FOTO

15 yaşlı oğlanMayaların itirilmiş şəhərini tapdı – FOTO

 

Kanadalı məktəbli Uilyam Qaduri (William Gadoury) Maya sivilizasiyası ilə çoxdan maraqlanırdı. O, mayalıların kosmos və ulduzlara sitayiş etdiklərini bilirdi.

Amma onu maraqlandıran məsələ: mayalıların həyat üçün əlverişli olan çay kənarında deyil, niyə əlçatmaz cəngəlliklərdə, sıldırımlarda və s. kimi qəribə yerlərdə şəhərlər tikdikləri idi.

Bir neçə il öncə məktəblinin ağlına, hinduların şəhərləri səmada ulduzların düzülüşünə müvafiq olaraq saldıqları ideyası gəlib!

Oğlan məskənlərin xəritəsini tərtib edib, bu xəritəni ulduz xəritəsi ilə tutuşduraraq daha bir naməlum şəhərin harada olmasını deyə bilib. Bu icad onun nəzəriyyəsi üçün möhtəşəm təsdiq olub.

Uilyam Qaduri mövzunu bir neçə il öyrənib və mayalıların 117 şəhərini 22 ulduz sxemi üzrə yerləşdirib – buna indiyədək heç kim müvəffəq olmamışdı.

O, təxminən bir il əvvəl daha iki şəhəri 23-cü ulduz xəritəsi ilə tutuşdura bilib. Ulduz sxeminə tam uyğunluq üçün yalnız sonuncu, 118-ci şəhər çatışmırdı. Məktəbli şəhərin harada ola biləcəyini dəqiq hesablayıb.

Təəssüf ki, göstərilən koordinatları oğlan tək başına yoxlaya bilməzdi, belə ki, bunun üçün o, Mərkəzi Amerikanın dərin cəngəlliklərinə səyahət etməli olacaqdı.

Ona görə də yardım üçün məktəbli, qərb koordinatları üzrə detallı peyk fotoşəkillərini göstərmək xahişi ilə Kanada Kosmik Agentliyinə müraciət edib. Alimlər oğlanın xahişini yerinə yetiriblər və onun ehtimalları təsdiqlənib.

Peyk şəkillərini işləyərkən, Uilyam onları "Google Earth”dəki təsvirlərlə tutuşdurub.



NASA və Yaponiya Kosmik Agentliyinin peyk şəkilləri üzrə şəhərin detallı öyrənilməsi daha öncə məlum olmayan məskəndə piramida və 30-a yaxın tikilinin olduğu müəyyən edilib.



Bu maya sivilizasiyasının sayca 118-ci, amma indiyə qədər məlum olan beş ən iri şəhərdən biri olub.

Şəhər "K’àak’ Chi’” (Alovlu ağız) adını alıb. Hələlik onu heç kim realda görməyib. Ola bilər ki, yaxın illərdə elmi ekspedisiya təşkil edilsin, amma mütəxəssislər bu işin böyük məsrəf tələb edəcəyi barədə xəbərdarlıq ediblər.

"Bu, mənim üçillik işimin kuliminasiyası və bütün həyatımın arzusu olacaq”, - oğlan deyib.


Uilyam Qaduri işinin nəticələrini 2017-ci ildə Braziliyada elmi konfransda təqdim edəcək. 


OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...