10 il sonra bunlar olmayacaq: Avtodayanacaqlar, kredit kartları və ...

10 il sonra bunlar olmayacaq: Avtodayanacaqlar, kredit kartları və ...
Tanınmış futurist Maykl Makkvin yaxın 10 ildə həyatımızdan silinəcək 5 şeyin adını açıqlayıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Maykl Makkvin yaxın gələcəkdə "İtunes” proqramının silinəcəyini və "Apple” şirkətinin  böyük vəsaitlərini "Apple Music”ə yatıraraq ona daha çox diqqət ayıracağını deyib.

Onun fikrincə, kredit kartları da tarixə qovuşacaq. Son illərdə texnologiyanın daha da inkişaf etdiyini deyən Maykl Makkvin üztanıma proqramlarının təkmilləşəcəyini və bu səbəbdən kredit kartlarına ehtiyac olmayacağını vurğulayıb.

Avtodayanacaqlara da ehtiyac qalmayacaq. Pilotsuz avtomobillərin sayının artması ilə avtodayanacaqların azalacağını proqnozlaşdıran Makkvin bildirib ki, qarşıdakı illərdə hər 10 nəfərdən 9-u belə avtomobillərə üstünlük verəcək. "Uber" kimi avtomobil xidmətlərindən daha çox istifadə ediləcək və nəticədə bu cür dayanacaqlara ehtiyac olmayacaq.

"Qaynar xətt” mərkəzləri və yanacaq doldurma məntəqələri də sıradan çıxacaq. Yanacaqdoldurma mərkəzlərinin sıradan çıxmasına səbəb isə elektriklə işləyən avtomobillərin sayının artması olacaq.

Camal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türk silahı "ən yaxşı" seçildi: İsveçrə və Almaniya tapançalarını geridə qoydu - FOTO/VİDEO

Amerikanın nüfuzlu "Tactical Retailer" jurnalı Türkiyənin "Sarsılmaz" şirkəti tərəfindən istehsal olunan SAR 9 tapançasının yeni versiyalarını "oxucuların seçim...

Facebook yeni “Koronavirus” emojisini test edir

 Facebook dünyaya təsir edən koronavirusa diqqət çəkmək üçün platformaya COVID-19 emojisini gətirməyə hazırlaşır. Sosial media nəhəngi yeni reaksiya emojis...

Xiaomi koronavirusa qarşı: ağıllı maska istehsalına başlandı

  Çinin texnologiya nəhəngi Xiaomi koronavirus əleyhinə önəmli addım atıb. Sfera.az bildirir ki, şirkət "ağıllı" maska üçün patent alıb. Xəbər verd...

Süni intellekt yarımçıq əsərləri tamamlamağa qadirdir - FOTO

Müasir texnologiyalar artıq rəssamların əsərlərinin üslubunu təhlil etdikdən sonra onları bərpa etməyə və yarımçıq əsərləri tamamlamağa qadirdir. Sfera.az ...

Ölümcül xəstəliklərə qarşı sadə bir vasitə tapıldı

İngiltərənin "Surrey" Universitetinin alimləri, yaşıl çayda olan təbii antioksidantın antibiotiklərə qarşı davamlı olan, təhlükəli infeksiyalara qarşı mübarizəd...

“WhatsApp” yazışmalarını “skrinşot" edə bilməyəcəksiniz

Dünyada milyonlarla istifadəçisi olan "WhatsApp” sosial şəbəkəsi yenilik edəcək. İnsanların həyatına mühür təsir edəcək yenilik isə yazışmalarla bağlıdır....