1 yaşlı övladını yerə çırpan ataya cinayət işi açıldı
![1 yaşlı övladını yerə çırpan ataya cinayət işi açıldı](http://old.sfera.az/file/pic/xeber/2022-04/1651046105_mehkeme-1.jpg)
11:55 / 27.04.2022
840
11 aylıq övladını yerə çırparaq ağır xəsarət yetirən ataya cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.