Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI
Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş hadisədən gedir.
Ağır cinayət Atatürk prospektində yerləşən beşmərtəbəli binanın sakinlərinin ''102" xidmətinə məlumat verməsindən sonra açılıb.

Hadisə yerində ekspertlər araşdırma aparıblar və istintaq hərəkətləri zamanı 35 yaşlı Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkar olunub. Meyit 14 gün mənzildə qaldığından hətta çürüməyə məruz qalıb.

Qonşuların sözlərinə görə, Şamil Əliyev bir neçə ildir ki, həmin ünvanda tək yaşayırmış.

Mərhumun qardaşı Murad Əliyev deyib ki, qardaşının yaşadığı mənzil ata evi olub. Qardaşlar arasında ailədaxili məsələyə görə münasibətləri soyuq imiş.
Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin Bakı şəhər sakini 33 yaşlı Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib və adıçəkilən şəxs cinayətdən 25 gün sonra saxlanıb.

Murad Əliyev deyib ki, ilkin məlumata görə, hadisəni törədən şəxslə qardaşı dost olub. Hətta bir həftə imiş ki, Emil Ağayev Şamil Əliyevin evində qalırmış.
Ərazidə çəkiliş aparılan zaman rayon prokurorluğunun əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Emil Ağayevi istintaq hərəkətləri aparmaq üçün həmin əraziyə gətiriblər. O, cinayəti törətdikdən sonra hansı istiqamətdə qaçdığını və digər əməlləri barədə müstəntiqə məlumat verib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda onun barəsində ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. (Xəzər TV)
 

OXŞAR XƏBƏRLƏR

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

İlkin Süleymanovdan ŞOK İFADƏ: "Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da..."

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam e...

Sakinlər təhlükə ilə üz-üzə: Bakıda narkomanların yeni məskəni haradır? - VİDEO

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib.   Bu barədə yaxın...

Azərbaycanda dəhşətli hadisə: Polis şöbəsində özünü DOĞRADI

Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib. Sfera.az xəbər verir ki, hadisə Mingəçevir Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerin...

Azərbaycanda bu maddələrin satışı ilə məşğul olanlar 10 il HƏBS EDİLƏCƏK

Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.   Sfera.az xəbər verir...