Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR
Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib.

Sfera.az xəbər verir ki, Voloçkovanın sevgilisi azərbaycanlı olsa da, deyildiyi kimi adi taksi sürücüsü deyil. Deyilənlərin əksi olaraq dünyaca məşhur rus qadınla eşq yaşayan bu həmyerlimiz olduqca zəngin iş adamıdır. Belə ki, onun mülkləri sırasına şəxsi təyyarə, yaxta və eyni zamanda futbol klubu da daxildir.

Araşdırmamız zamanı o da məlum olub ki, onları bir-biri ilə balerinanın rəfiqəsi Nataşa tanış edib.



Sankt-Peterburq doğumlu olan 46 yaşlı Anastasiya Voloçkova bu eşq münasibətindən olduqca xoşbəxt görünür: Önəmli olan nə və harada deyil, kiminlə və necə olduğundur. Bilirəm ki, indi hamınızı iki gün əvvəl tamaşada necə rəqs etdiyim və səhnədə neçə dəfə yıxılıb, özümü parçaladığım deyil, bu şəxsin kim olduğu daha çox maraqlandırır. Gizlədəcək heç nəyim yoxdur. Mənim üçün əsas olan duyğularım, sevgim və sevincimdir!

Qeyd edək ki, Anastasiya Voloçkovanın keçmiş sevgililəri sırasında Rusiyanın məşhur opera sənətçisi Nikolay Baskov da var. Onlar hətta bir vaxtlar münasibətlərini rəsmiləşdirmişdilər də. (Milli.Az)
 


 

OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...