Zelenskidən Avropa ölkələrinə xəbərdarlıq: "Üçüncü dünya müharibəsi başlayacaq"

Zelenskidən Avropa ölkələrinə xəbərdarlıq:
"Biz Rusiyaya qarşı müharibəni tək dayandıra bilmərik. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir”.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Sky nyus”a müsahibəsində deyib.

O bildirib ki, Qərb dövlətləri mütləq Ukraynanın hava məkanını bağlamalıdır. Dövlət başçısı söyləyib ki, bunu tez bir zamanda etmək lazımdır: "Əgər bunu indi eləməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın mənə, proseslər belə davam etsə, nə vaxtsa hava məkanını bağlayacaqlar. Amma bu, milyonlarla insanın canı hesabına başa gələcək. Üçüncü dünya müharibəsi başlayacaq və yalnz bundan sonra Qərb ölkələri qadağa zonası elan edəcək. Bir daha deyirəm, onda gec olacaq. Rusiya bizim ölkəni işğal edə bilər, amma qalib gələ bilməz. Biz Putinlə danışmağa cəhd etdik, lakin bu, nəticə vermədi. Qərb isə təəssüf ki, nəsə etmədi”.

V.Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə kifayətlənməyəcək: "İndi Qərb seçim etməlidir. İki il sonra Qərb müharibə zonasına çevrilə bilər. Rusiya Avropanın mərkəzini bombalayanda "niyə vaxtında Ukraynanın hava məkanını bağlamadıq?”- deyə, özlərinə sual verəcəklər”. (Report)

OXŞAR XƏBƏRLƏR

Sabiq icra başçısının qızları Ukraynada döyüşür - BACILAR KİMLƏRDİR?

Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var.  Sfera.az Gündəm.az-a istinadən xəbər verir ki, bunlar Leyla və Dərya bacılarıdır.  ...

Zəngin ruslar Dubay və İstanbul əmlak bazarına getdilər - 3-4 mənzil birdən alınır

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra zəngin ruslar kütləvi şəkildə Dubay və İstanbulun əmlak bazarına üz tutub.   Əmlak şirkətlərinin mə...

“Kadırovçular”ın ardınca “Vaqnerçilər” də şərq cəbhəsinə yeridildi - Rusiyanın yeni taktikası

Rusiyanın hərbi təcavüzünün 34-cü günündə cəbhənin müxtəlif istiqamətlərində Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir, bir sıra yaşayış mənt...

Putin dayan əmri verdi - Moskvadan KRİTİK QƏRAR: Müharibə BİTİR?

Rusiya-Ukrayna müharibəsinin gedişi bir çox ölkələrin savaşdan öncəki və sonrakı qərarlarında ciddi dəyişikliklərlə diqqət çəkməyə başladı. Bir çox dövlətlər Uk...

Ukrayna son vəziyyəti açıqladı: itkilər verib geri çəkilirlər...

Ukrayna Müdafiə Nazirliyi 16 mart saat 6:00-dək olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb. Sfera.az  Ukrayna MN-ə istinadla xəbər verir ki, məlu...

Rusiyada “Birinci kanal”ın canlı efirində gözlənilməz hadisə - VİDEO

Rusiyanın "Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Sfera.az xəbər verir ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbər...