Zelenskidən 9 Mayla bağlı müraciət: "Gec və ya tez qalib gələcəyik"
12:31 / 09.05.2022
1049
"Tezliklə Ukraynanın iki Qələbə günü olacaq".
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski 9 Mayla bağlı müraciətində deyib.
"Biz övladlarımızın azadlığı üçün vuruşuruq, deməli qalib gələcəyik. 8 milyondan artıq ukraynalının həlak olduğu İkinci Dünya müharibəsində əcdadlarımızın etdiklərini heç zaman unutmayacağıq. Və tezliklə Ukraynada iki Qələbə günü olacaq. Amma kiminsə, heç bir dənə də Qələbə günü olmayacaq”, - Ukrayna lideri vurğulayıb.
Zelenski Rusiya-Ukrayna müharibəsində iki ordunun deyil, iki fərqli dünyagörüşünün üz-üzə gəldiyini qeyd edib: "Düşmən denafikasiya sözünün şans qazanması üçün Ukraynanın 9 May günündən imtina edəcəyinə ümid bəsləyirdi”.
Ukrayna lideri ölkəsinin bütün ərazilərinin işğaldan azad olunacağına ümid etdiyini əlavə edib.