Zelenski Türkiyəni ittiham etdi... - BU HANSI ÖLKƏYƏ SƏRF EDİR?

Zelenski Türkiyəni ittiham etdi... - BU HANSI ÖLKƏYƏ SƏRF EDİR?
"Zelenski Türkiyəni rus turistləri qəbul etdiyinə görə qınayır və bildirir ki, Ankara bir tərəfdən vasitəçilik rolunu oynayır, Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən rus turistlərin gəlişinə hazırlaşır. Zelenskinin niyə belə dediyi və nə qədər obyektiv yanaşdığı şübhəlidir. Çünki Kiyev-Moskva arasında sülhə nail olmağa çalışan Ankara Ukraynaya "Bayraqdar”lar verir və bu silahların müharibədə oynadığı rolu ukraynalıların özləri etiraf edirlər. Digər tərəfdən, turizm sektorunun iqtisadiyyatında xüsusi rolu olan Türkiyə üçün rus turistlərin qəbulu vacibdir”.

Sfera.az xəbər veri ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Zelenski istəyir ki, Türkiyə iqtisadi gəlirdən imtina etsin”.

"Türkiyə niyə bundan imtina etməlidir?! Hər gün enerji resurslarına görə Rusiyaya bir milyard dollar pul ödəyən Avropa imtina edə bilirmi?! Aİ rus qazı və neftindən asılılığı aradan qaldırmaq üzərində işləyir, lakin birdəfəlik imtina edə bilmir, çünki bunun olması Avropa iqtisadiyyatını alt-üst edə bilər və hər gün milyard dollara yaxın ödəniş edirlər. Belə demək mümkünsə, Rusiyaya sanksiya tətbiq edən Qərb həm də rusların cibini doldurur.

Bu reallıqlar fonunda Türkiyəni ittiham etmək ən azı ədalətsizlikdir. Zelenskinin bu açıqlamasında Türkiyənin vasitəçilik missiyasını istəməyən ölkələrin təsirinin olduğu da istisna deyil.

Xüsusi diqqətçəkən məqam isə Ukrayna prezidentinin bu fikirləri yunan televiziyasına müsahibəsində deməsidir: müharibənin başlanmasından sonra rəsmi Afina ilə münasibətləri istədiyi kimi getməyən Rusiya turistlərini Türkiyəyə göndərəcəyini (Lavrov açıq şəkildə dilə gətirmişdi) bildirmişdi; mövcud vəziyyətdə rus turistləri üzərindən qazancını itirən Yunanıstan Türkiyənin qazanmasını istəmir və Zelenskinin belə danışması ən çox yunanlara da sərf edir”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı danışıb. Nazir müavini b...

Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var

"Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında siya...

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar...

Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? - "Azərbaycanın bu maddələri qəbul etməsi..."

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif  göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermə...