Zelenski Makronla telefon danışığı apardı
22:12 / 17.05.2022
2848
Ukrayna Prezidenti Vladimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, Zelenski Ukraynada son vəziyyət, "Azovstal”dan ukraynalı döyüşçülərin xilas edilməsi əməliyyatı barədə Makrona məlumat verib.
Zelenski, həmçinin Rusiya ilə danışıqlar prosesinin gələcək perspektivləri ilə bağlı fikirlərini açıqlayıb.