Zelenski Almaniya Prezidenti ilə barışdı
18:00 / 05.05.2022
1298
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Tərəflər anlaşılmazlıqları müzakirə ediblər. Bu barədə DPA agentliyi prezidentin ofisinə istinadən xəbər verir.
Bu qalmaqaldan sonra iki prezident arasında ilk telefon danışığıdır. Agentlik yazır ki, Zelenski şəxsən Ştaynmayeri və kansler Şoltsu, eləcə də bütün Almaniya rəhbərliyini səfərə dəvət edib.
"Spiegel”in yazdığına görə, söhbət 45 dəqiqə davam edib, Ştaynmayer Zelenskini Almaniyanın Ukraynanı tam dəstəklədiyinə inandırıb. (azvizion)