Özbəkistanın sərt cavabı: Birlik dövləti YOXDUR

Özbəkistanın sərt cavabı: Birlik dövləti YOXDUR
Özbəkistan Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olması ilə bağlı bəyanatlarını təxribat hesab edir.

Sfera.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirib ki, bəzi xarici ölkələrin liderlərinin ölkənin Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olması ilə bağlı bəyanatlarını "təxribat” hesab edir.

Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Son zamanlar bəzi xarici nəşrlər hadisələri işıqlandırmaqda obyektivlik və qərəzsizlik iddiasında olaraq, xarici dövlətlərin ayrı-ayrı rəhbərlərinin İttifaq dövlətinin genişlənməsi və Özbəkistan Respublikasının ona qoşulması ilə bağlı əsassız bəyanatlarını təkrarlamaqda davam edirlər.

Bununla əlaqədar, Özbəkistanın xarici tərəfdaşlarla dostluq münasibətlərinə xələl gətirə biləcək bu cür təxribat xarakterli hərəkətlərin yolverilməzliyini bir daha bəyan edirik.

Özbəkistan Respublikası ölkənin müstəqilliyini və suverenliyini yalnız milli maraqlara əsaslanaraq təmin etmək məqsədilə bundan sonra da seçdiyi müstəqil inkişaf kursunu qətiyyətlə davam etdirəcək”.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...