Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı

Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı
"Akkord” şirkətlər qrupuna daxil olan "Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında külli miqdarda vergi borcunun olduğu məlum olub.

Sfera.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakının Nərimanov rayonu, Teymur Əliyev küçəsi k 59. (İndiki Məmməd Araz) ünvanında qeydiyyatda olan şirkətin hazırda vergi borcu 2 122 041.59 manat təşkil edir.


Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.


Şirkət 2010–cu ildən başlayaraq bir sıra rayonlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti – quraşdırma işlərini həyata keçirir.


Eyni zamanda şirkətlər qrupuna daxil olan "Akkord Tekstil” MMC-nin 103 400.06 manat, "Körpü-Tünel Tikinti” MMC-nin də 269 274.31 manat vergi borcu mövcuddur.


Bundan başqa, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin özü də məhkəməlik olub. Belə ki, sözügedən qurum Nərimanov Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham olunur.


Sözgedən maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Porsesə hakim Vüsal Qurbanov sədrlik edəcək.


Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.




 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...