“Yoluxma fevralın ortasında pik həddə çatacaq, bu ayda isə sıfıra düşəcək…” – İnfeksionistdən proqnoz

“Yoluxma fevralın ortasında pik həddə çatacaq, bu ayda isə sıfıra düşəcək…” – İnfeksionistdən proqnoz
Son həftələr koronavirusa yoluxmada ciddi artım qeydə alınır. Bəzi mütəxəssislər bu sayın mart ayında daha çox olacağını bildirir və bunu yaz aylarında infeksion xəstəliklərin artması ilə əlaqələndirirlər.

Maraqlıdır, səsləndirilən fikirlər reallığa yaxındırmı? Mart ayında yoluxma sayının hazırkı göstəricilərlə və daha çox davam etməsi ehtimalı var?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Mərdan Əliyev fevral ayının ortalarınadək yoluxma sayının yüksək olacağını deyib:

"Fevral ayının ortalarına doğru biz koronavirusa yoluxmanın pik səviyyəsini görəcəyik. Bu göstərici fevralın sonunadək də davam edə bilər. Bununla bağlı dəqiq nə isə demək olmur, çünki yoluxma sayını real olaraq bilmirik. Belə ki, göstərilən rəqəmlər yoluxma sayının müəyyən hissəsidir. Bəzən ailədə bir şəxsin koronavirus testinin nəticəsi pozitiv olduqda, digər şəxs simptomları hiss etsə də, test vermir. Koronavirus testi verən şəxslər adətən xəstəliyi ağırlaşmış şəxslərdir”.
 
İnfeksionist yoluxma sayının 0-a çatacağı zamanla bağlı da açıqlama verib:

"Fevral ayının sonu, mart ayından etibarən koronavirusa yoluxma göstəriciləri azalmağa doğru gedəcək. Yoluxma sayının aşağı düşməsi isə sürətlə baş verəcək. Mart ayından sonra apreldən etibarən, artıq yoluxma sayının 0-a yaxınlaşdığını müşahidə edəcəyik”.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN YOXDUR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...

“Azərbaycanda pandemiya bitməyib, dördüncü doza vaksinə ehtiyac var” – AÇIQLAMA

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi 50 yaş və bu yaşdan yuxarı vətəndaşlara COVID-19 ilə mübarizə üçün dördüncü doza peyvənd tətbiq ediləcəyini bildirib. ...

Qalmaqal yaradan qanunun qüvvəyə minməsindən 4 ay keçir, amma... – Nazirlər Kabinetinə müraciət edildi

1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılması ilə bağlı qanun qüvvəyə minib.   Qanunu...

Bu içkilər 25 yaşadək şəxslərə QADAĞAN EDİLƏ BİLƏR

Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları enerji içkilərini qəbul etməməyə çağırıb. Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürə...

Operativ Qərargah koronavirusla bağlı yeni MƏLUMAT YAYDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...

Azərbaycanda maska tələbi ləğv olunur?-AÇIQLAMA

"Bu yaxınlarda epidemioloji vəziyyətin gedişatından asılı olaraq COVID-19 pasportu və maska tələbi ləğv oluna bilər”.   Sfera.az  xəbər verir ki,b...