Yerdən ən uzaq və Günəşdən 50 dəfə böyük ulduz kəşf edildi - FOTO

Yerdən ən uzaq və Günəşdən 50 dəfə böyük ulduz kəşf edildi - FOTO
Astronomlar Günəşdən təxminən 50 dəfə böyük və milyon dəfə parlaq olan ulduz kəşf ediblər. İndiyədək kəşf edilən Yerdən ən uzaqda yerləşən ulduzun təxminən 13 milyard il əvvəl yarandığı güman edilir.
 
Sfera.az xəbər verir ki, lakin elm adamları bu nəhəng və parlaq ulduzun yaranmasından bir neçə milyon il sonra partlayaraq parçalandığını və uzun illər əvvəl yoxa çıxdığını bildirirlər.
 
"Hubble” kosmik teleskopu ilə edilən kəşf barədə məqalə "Nature” jurnalında dərc olunub.
 
Məqalənin əsas müəllifi Con Hopkins Universitetinin doktorantı Brian Velç 12,8 milyard il əvvəl bir ulduz müşahidə etdiklərini və bunun kainatı meydana gətirən böyük partlayışdan təxminən 900 milyon il sonraya təsadüf etdiyini bildirib.
 
 
 
Brian Velç qeyd edib ki, belə bir müşahidə aparmaq böyük şansdır.
 
O, "Kainatın şəfəqi" adlanan dönəmdə müşahidə edilən bu ulduza qədim ingiliscədə "səhər günəşi” və ya "yüksələn işıq” mənasını verən "Earendel" adını verib.
 
"Hubble” 300-400 milyon il uzaqlıqdakı qalaktikaları müşahidə edə bilir, lakin teleskopun ulduzları ayrı-ayrılıqda seçməsi mümkün deyil.
 
Tədqiqatda iştirak edən NASA astrofiziki Jane Rigbi ulduzların tez-tez iç-içə olduğunu ifadə edərək bu araşdırmada, "Təbiət bizə üzərində işləyə biləcəyimiz minlərlə faktorla böyüdülmüş bir ulduz verdi", - deyə qeyd edib.
 
Hazırkı məlumatlara əsasən "Earendel” Günəşdən 50 dəfə böyükdür və təxminən bir milyon dəfə parlaqdır.
 


Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR