"Yaxın günlərdə Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da gərginləşəcək" - Politoloqdan AÇIQLAMA

ABŞ prezidenti Co Bayden Ukraynaya 33 milyard dollar yardım ayrılması üçün Konqresə müraciət edib. Bu məbləğin 20,4 milyard dolları hərbi məqsədlərə sərf olunacaq, 8,5 milyardı Ukrayna büdcəsinə köçürüləcək, qalan 3 milyardı humanitar məqsədlərə xərclənəcək.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, bu qərardan sonra ABŞ tərəfindən Ukraynaya yardım məqsədi ilə ayrılan vəsaitin yaxın günlərdə 10 dəfə  artırılmasının şahidi olacağıq:
 
"Rusiya ilə Ukrayna arasında müharibənin baş verdiyi iki ay müddətində ABŞ tərəfindən Ukraynanın silah və hərbi sursatla təmin edilməsinə xərclənən vəsaitin cəmi 3,3 milyard dollar olduğunu nəzərə alsaq, konqresin ayıracağı yeni yardım paketinin Zelenskiyə nələr vəd etdiyini təsəvvür etmək mümkündür. Bu vəsait Ukrayna ordusunun çox qısa zamanda NATO standartlarına çatdırılması ilə nəticələnəcək. Ukrayna 2014-cü ildən bəri, dinc şəraitdə orduda həyata keçirə bilmədiyi yenidənqurmanı çox qısa zamanda, şiddətli döyüşlər gedə-gedə yerinə yetirəcək”.
 
Politoloqun sözlərinə görə, ABŞ-la yanaşı, Avropa ölkələri və NATO-nun digər üzvləri də yardım edənlər sırasında var:
 
"Görünən budur ki, yaxın günlərdə Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da gərginləşəcək. Bütün bu təzyiqlərin qarşısında Rusiyanın davam gətirməsi getdikcə çətinləşir. Belə durumda Rusiyanın tez-tez nüvə silahının istifadəyə gətirilə biləcəyi haqqında xəbərdarlıqların nə məqsədlə edildiyi məlum olur. Rusiyanın manevr etmək imkanları hər keçən gün azalır. Tunelin sonunda nüvə başlıqları ilə təchiz olunmuş "Sarmat”ların kölgəsi görünür”.
 
Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? - "NATO çalışacaq ki..."

"Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi fonunda Türkiyə ilə yaranan polemika düşünürəm ki, öz həllini tapacaq ".   Bunu Sfera.az-a açıqlamasında po...

"Ermənistan müxalifəti çay gəlməmiş çırmanmağa başlayıb" - ŞƏRH

Ermənistanda "Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərba...

“KTMT “süni nəfəs aparatına” qoşulub" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA

Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat...

Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Finlandiya NATO-ya qoşulacaq. Belə ki, Prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin N...

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”

"Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizl...