"Yaşam koçları"nın sayı niyə sürətlə artır? - "5 manatlıq pulqabını 1000 manata satırlar"

Son günlər ölkədə "yaşam koçları”nın sayında kifayət qədər artım müşahidə olunur. Xüsusilə "Instagram” platformasında hesabları olan bu şəxslərin sayı yüzlərlədir desək, bəlkə də yanılmarıq.
 
Maraqlıdır, cəmiyyətimizdəki bu tələbat nədən irəli gəlir? 

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı sözügedən şəxsləri o qədər də etibarlı hesab etmədiyini vurğulayıb. Müsahibimizin sözlərinə görə, adətən "yaşam koçları”nın hansı mərhələlərdən keçdiyi, təhsilləri haqqında məlumat bəlli olmur:
 


"Ümumiyyətlə, həyatımız üçün "yaşam koçu”nun nə əhəmiyyəti var? Bu da müəmmalı məsələdir. Bu gün "Instagram”da pul qazanmaq üçün hərə bir üsuldan istifadə edir. Özünü "yaşam koçu” elan edən insanları da bu kateqoriyaya aid edərdim. Çünki həmin şəxslər bir növ psixoloq rolunu oynayırlar. Əgər psixoloq varsa, "yaşam koçu” niyə lazımdır? Mənim necə yaşayacağıma niyə başqaları qərar verməlidir? Bunu qəbul etmək olmur. İnsan onsuz da öz doğrularını, yanlışlarını bilir. Bəzən həyatında problemlər olan insanlar psixoloq yardımı alırlar və bilirik ki, şəxslər ora yönləndirilir. Amma Türkiyədə 3 ay kurs keçib, gəlib burda "yaşam koçu” olan insanları qəbul etmirəm. Onlar bu gün sosial şəbəkələrdə ayaq açıb yeriyirlər. Bu, rahat pul qazanmağın ən geniş yayılmış formasıdır”.

L.Mehralı qeyd edib ki, hər gün bir "yaşam koçu”nun maskası yırtılır, ifşa edilir:

"Onlar necə böyük pullar ətrafında oyun qururlar, nə qədər qazanc əldə edirlər – bu, çox təəccüblüdür. Adi 5 manata hər yerdə gördüyümüz pulqabını guya enerji yükləyərək 300, 500, hətta 1000 manata belə satırlar ki, bu, bərəkətlidir, əlinizə keçəndə çoxlu pul qazanacaqsınız və s. Həmin məbləği verib 5 manatlıq pulqabı alan insanlar kifayət qədərdir. "Yaşam koçu”nun dediyi onlar üçün qanundur. Hesab edirəm ki, fırıldaqçıların toruna düşənlərin sayının artması elə fırıldaqçıların profesionallığından irəli gəlir. O qədər inandırıcı rol oynaya bilirlər ki, əli hər yerdən üzülmüş, çarəsiz insanların son qəpiyini də əllərindən alırlar”.

Sosioloq, həmçinin əlavə edib ki, "yaşam koç”ları həm də maratonlar təşkil edirlər:

"”İnsanları "Whatsapp” qrupuna yığırlar, orada təlimatlar verirlər ki, bu gün belə davranın, bunu edin və s. Bununla insanları yönləndirib adını "maraton” qoyurlar. Eyni zamanda onlara dəstək verirmiş kimi görünən şəxslərə pul verib şərhlər yazdırırlar - "Filan koçun dediklərini etdim, həyatımda hər şey yoluna girdi”,  "Bu gün 10 min qazandım, maşınım oldu” kimi pullu mesajlar. Bunlar vasitəsilə "yaşam koç”ları daha çox qurban yığa bilirlər”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

“Gecələr cinlə sevişirəm, onlar dostunla birgə olmağımı deyiblər” – Psixoloq ərini aldadan qadından DANIŞDI

Psixoloq Ramil Nəcəfli bir pasientinin başına gələn hadisəni öz "Facebook" hesabında paylaşıb.     Sfera.az xəbər verir ki, psixoloq azərbaycanl...

Xəbərdarlıq: Yadplanetlilərə mesaj göndərəcəklər – Dünyanın sonu gəlir?

Məşhur ingilis fiziki Stiven Hokinqin bütün xəbərdarlıqlarına baxmayaraq, elm dünyası tarixi addım atmağa hazırlaşır.   Sfera.az xəbər verir ki, ...

Antraktidada rekord temperatur

Dünyanın ən soyuq yeri kimi tanınan Antarktikada martın 18-də temperatur -11,5 dərəcəyə yüksəlib. Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, gün...

Rusiyalılar ən çox bu suallara cavab tapmaq istəyir – SİYAHI / FOTO

Rusiyada internet üzərindən ən çox axtarılan və cavabsız qalan suallar məlum olub.   Sfera.az xəbər verir ki, rusiyalı internet istifadəçiləri son zamanl...

Putini Yupiterə göndərirlər? – Ukrayna ianə toplamağa başladı

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi Rusiya Prezidenti Vladimir Putini Yupiterə göndərmək niyyətindədir. Sfera.az xəbər verir ki, sözügedən qurum ...