Xəbərdarlıq: Yadplanetlilərə mesaj göndərəcəklər – Dünyanın sonu gəlir?

Xəbərdarlıq: Yadplanetlilərə mesaj göndərəcəklər – Dünyanın sonu gəlir?
Məşhur ingilis fiziki Stiven Hokinqin bütün xəbərdarlıqlarına baxmayaraq, elm dünyası tarixi addım atmağa hazırlaşır.
 
Sfera.az xəbər verir ki, 2018-ci ildə 76 yaşında dünyasını dəyişən Hokinqin dəfələrlə müxtəlif platformalarda yerdən kənar sivilizasiya ilə əlaqənin sonumuza gətirib çıxara biləcəyi xəbərdarlığına baxmayaraq, elm dünyası bu mövzuda hərəkətə keçib.
 
Alimlər ilk dəfə 1974-cü ildə ötürülən məşhur Arecibo mesajının yenilənmiş versiyasını təqdim etməyə hazırlaşırlar.
 
İngiltərənin "Daily Mail” qəzetində yer alan xəbərə görə, planetimizin mövqeyini ehtiva edən radio mesajda ​​Dünya xəritəsi və DNT rəsmləri yer alacaq.
Bu, qalaktikada Mayak (BITG) mesajı olaraq adlandırılan, mahiyyətcə Arecibo mesajının yenilənmiş versiyasıdır.
 
"Gliese 832c” planetində həyatın olma ehtimalından bəhs edən Hokinq bir gün belə bir yerdən siqnallar almağa başlaya biləcəyimizi demişdi. O, belə bir vəziyyətdə Yer kürəsinin reaksiya verməsinin çox ağıllı addım olmayacağını da ifadə edib.
 
Hokinq dəfələrlə vurğulamışdı ki, kosmosda səyahət edəcək qədər inkişaf etmiş bir sivilizasiyanın nəticəsi "dinc” olmayacaq.
 
Lakin BITG layihəsində iştirak edən Cəmilə Hah bununla razılaşmır. Hah bu layihənin faydalarının potensial risklərdən üstün olacağını deyib.
 
Nəzəri fizika sahəsində "Henry Semat Professor" ünvanına sahib olan ABŞ Professoru Dr. Miçio Kaku Hokinqin dəfələrlə iddia etdiyi kimi, yadplanetli sivilizasiyanın "dost" və ya "düşmən" olacağını bilməyin mümkün olmadığını deyib.
 
1974-cü ildə elm adamları Puerto Rikoda yerləşdirilmiş Arecibo radio teleskopu ilə Yerdən kosmosa mesajlar göndərdilər. Mesajda həyat verən kimyəvi maddələr və DNT haqqında məlumat, günəş sisteminin eskiz xəritəsi və insanların şəkilləri var idi.
 
1-lərdən və 0-lardan ibarət mesaj 25 min il işıq uzaqğlığına, yüz minlərlə uluduzun yerləşdiyi Messier13-ə göndərilib. 
 
Əzizə Zeynal
Sfera.az  

OXŞAR XƏBƏRLƏR