Xəstəyə inəyin ürək klapanları köçürüldü - İLK DƏFƏ

Xəstəyə inəyin ürək klapanları köçürüldü - İLK DƏFƏ
İngiltərədə bir xəstəyə inək ürəyindən qoşa klapan köçürülüb.
 
Sfera.az xəbər verir ki, bir ilk sayılan bu transplantasiya xəstə oyaq ikən həyata keçirilib.
 
İngiltərədə keçmiş tibb işçisi Con Smolvuda ötən il müayinə zamanı ürək çatışmazlığı diaqnozu qoyulmuşdu.
 
"Ürək çatışmazlığı" ümumi anesteziyaya icazə vermək üçün çox ağır proses olduğu üçün həkimlər onu oyaq ikən əməliyyat etmək qərarına gəliblər.
 
Lokal anesteziya ilə əməliyyat olunan kişinin ürəyinə inəkdən qoşa klapan köçürülüb. 2 saat davam edən və uğurla keçən əməliyyatın tibb tarixində bir ilk olduğu bildirilib.
 
Sağlamlığına qovuşan 74 yaşlı kişi özünü çox yaxşı hiss etdiyini deyib:
 
"Sanki yenidən doğulmuşam. Əvvəllər edə bilmədiyim hər şeyi edə bilirəm" .
 
İndiyə qədər tək klapan transplantasiyası həyata keçirilirdi. Oxşar əməliyyatlarda inək ürəyindən götürülən klapanlar insan ürəyinə ən oxşar yaxın olduğu üçün köçürülür.
 
Qeyd edək ki, daha əvvəl donuzdan insana ürək transplantasiyası həyata keçirilib.
 
ABŞ-ın Merilend ştatında ilk dəfə donuzdan insana ürək transplantasiyası əməliyyatı edilən xəstə 2 ay sonra dünyasını dəyişib./Qafqazinfo/
 

OXŞAR XƏBƏRLƏR

Həftəsonu ilin ilk Günəş tutulması olacaq

Aprelin 30-da ilin ilk Günəş tutulması olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 30-da saat 22:45-də başlayacaq və mayın 1-də saat ...

Xəstəyə inəyin ürək klapanları köçürüldü - İLK DƏFƏ

İngiltərədə bir xəstəyə inək ürəyindən qoşa klapan köçürülüb.   Sfera.az xəbər verir ki, bir ilk sayılan bu transplantasiya xəstə oyaq ikən həyata keç...

Novruz süfrəsində allergiyaya səbəb olan MƏHSULLAR

Novruz süfrələrini çeşid-çeşid və ləzzətli təamlarla bəzdilmiş nemətlərsiz təsəvvür etmək mümkün deyil. Lakin bəzi Novruz təamları var ki, onlar allergik reaksi...

Meteohəssas insanlara mühüm TÖVSİYƏ - Bunlardan imtina edin!

Həkim Filip Kuzmenko meteohəssas insanların hava şəraitinin dəyişməsi ilə yaranan narahatlıqlarının aradan qaldırılması üçün müxtəlif yollardan danışıb. S...

İntihar cihazı hazırlandı – 30 saniyə ərzində və ağrısız... + Foto

İsveçrədə intihar etmək istəyənlər üçün satışa çıxarılan 3D çaplı intihar cihazı müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, kapsula bənzər cihaza...

Baş ağrısını anında yox edən İNANILMAZ ÜSUL - Dərmansız, iynəsiz...

 Baş ağrısı insanlar arasında geniş yayılmış şikayətlərdən biridir. Sfera.az xəbər verir ki, baş ağrıları əksər hallarda stress, uzun müddət oturaq v...