"Xəstəlik dalğası mart ayına kimi davam edəcək" - Uşaqların yoluxmaması üçün nə etmək lazımdır?

"Pandemiya başlayan zaman qapanmalar oldu, xüsusilə də məktəblər, bağçalar bağlandı, uşaqlarda virusun yayılması xeyli azaldı. İndi bu müəssisələr açıldığına görə, təbii ki, yenidən uşaqlar arasında əlaqələr yarandı  və virusların mövsümi yayılması baş verdi. Digər tərəfdən də ilyarım müddətində evdə oturmuş uşaqların immun sistemi zəiflədiyi və o viruslara uyğunlaşmaq vərdişi pozulduğundan, xəstəliklərin sürətlə yayılmasına gətirib çıxardı”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müəllimi Qoşqar İsmayılov deyib. O bildirib ki,  pandemiyanın səbəb olduğu stress insanlarda həm immun sistemini zəiflədir, həm də psixoloji problem yaradır:

"Yeni ildən sonra uşaqlar arasında yüksək hərarət, burunaxması şəklində baş verən yeni dalğa yarandı. Bu, hətta ailədə böyüklərə də keçir. Bəzi xəstələrdə hərarət 12 saat ərzində düşmür və məcbur olaraq stasionar müalicəyə cəlb edilir. Bu virus sentyabr və oktyabr ayları ilə müqayisədə daha ciddidir və kəskin gedişlidir. Hətta bizə öskürəklə müraciət edən 5 uşaqdan 3-də pnevmoniyaya rast gəlinirdi. Viruslar əsasən yaz-payız aylarında ən çox inkişaf edir. Bizdə havalar yaz- payız kimi keçir. Əgər qışda normal soyuq, şaxta hiss olsa, havalar mənfi dərəcəyə düşsə, viruslar bu qədər aktivliyini davam etdirməz”.

Mütəxəssis qeyd edib ki, indiki virus xəstələrinin statistikasına əsasən, çoxlarında COVID-19 neqativ çıxır:

"Yəni hazırkı dalğa həmişə olan viruslardır və bu proses mart ayına kimi tamamilə səngiyəcək. Mən valideynlərə həmin müddətə qədər xəstə uşaqları məktəb və bağçaya buraxmamağı məsləhət görərdim. Eyni zamanda qida məhsullarının da keyfiyyətinə diqqət yetirilməlidir. İnsanlar təbii və keyfiyyətli məhsullar almalı, gündəlik istifadə edilən ət, çörək, bitki tərkibli yağlar, təbii süd məhsulları və eləcə də mövsümdə yetişən meyvələrə üstünlük verilməlidir”.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...